şənbə, 16 yanvar 2021

Startapçılar ölkəsi: Malayziya

437

Startapçıların layihələrini Malayziyada reallaşdırmalarının səbəbləri arasında startaplara olan dövlət dəstəyi, sürətli viza alınması, vergi üstünlüyü, aşağı xərc ilə yüksək həyat keyfiyyəti daxildir.

Cənubi-Şərqi Asiyada Sinqapurdan sonra ən güclü iqtisadiyyata sahib olan ölkələrdən biri də Malayziyadır. Eyni zamanda startapçıları dövlət dəstəyi ilə də təmin edir.

Startup Genome tərəfindən hazırlanan ‘Global Startup Ecosystem Report 2020’-yə (GSER2020)’ görə Kuala Lumpur inkişaf edən startap ekosistem performansı ilə dünyada 10-cı sırada yer alır. Həmçinin Dünya Bankının 2019-cu ildə yayımladığı “Doing Business 2019” hesabatına görə, Malayziya biznes qurmağın rahatlığı baxımından Cənubi-Şərqi Asiyada ən yüksək ikinci bala sahib olan ölkədir.

Startapçıların dostu dövlət qurumları

  • Malaysia Digital Economy Corporation (MDEC):

Malayziya Kommunikasiya və Multimedia Nazirliyinə tabe olan MDEC ölkənin digital iqtisadiyyatını irəli aparmaq məqsədi ilə yaradılan qurumdur.

MDEC vəzifəsi sektora yeni texnologiyalar qazandırmaq, digital iqtisadiyyatı irəli aparmaq və digital startapları analiz etmək və kommersiyalaşdırmaqdır.

  • Malaysian Global Innovation & Creativity Centre (MaGIC):

MaGIC: yaradıcılıq, innovasiya, texnologiyanı mənimsəyən ilkin mərhələli startapları kəşf edir və onların ekosistemə qazandırılmasında rol oynayır. 2014-cü ildən bəri ekosistem oyunçularını investorlar ilə görüşdürüb bazar və maliyyə fürsətləri yaradır.

  • Startup Malaysia:

Startapçıların karyeralarını inşa etmələri və cəmiyyətə fayda vermək məqsədilə qurulub. Bir çox proqramı özündə birləşdirəm qurum, 10 il içində yüz mindən çox startapçıya çatdı.

Bir sonrakı yazıda Malayziyada yaradılan startaplar haqqında məqalə paylaşcağıq.

Müəllif: Digital Marketinq mütəxəssisi Zeynep Gabralı

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün