Malayziyadan çıxan uğurlu startapların sayı olduqca çoxdur. Onların hamısını bir yazıda yerləşdirmək mümkün olmasa da, bu bazardan çıxan, qlobala açılan fərqli sektorlardakı bəzi startapları sizin üçün bir yerə yığdım.


Dropee: Dropee bütün biznes növləri üçün B2B e-tədarük platformasıdır. Müəssisələrin kütləvi ticarət aparmasına və bir-biriləri ilə əlaqə qurmasına kömək olan platformadır. Şirkət investisiya turları ilə ümumilikdə 2 milyon dollar investisiya alıb. O Cənubi Asiyanın bu sahədəki qabaqcıl startaplarından biridir.


Dahmakan: Dahmakan birinci sinif aşpazların şəxsə özəl yemək hazırlamasına kömək olur. Süni zəkanın vasitəsilə müştərilərinin davranış məlumat analizini edir və onlara özəl menular təqdim edir. Bu isə onlara bənzərsiz yemək təcrübəsi təklif edir. Komanda özlərinin e-cüzdanlarını da yaradıb, Silikon Vadisi, Avropa, Asiyadan 5 turda 27 milyon dollar investisiya alıb. Dahmakan, Malayziyanın Y Combinator-a qəbul edilən ilk startapıdır.


Imoney: Imoney müştərilərin ən yaxşı məhsulları seçmələrinə kömək olur. Platforma mütəxəssislərin köməyi ilə şəffaf və sadə şəkildə maliyyə məhsullarını müqayisə etməyinizə kömək olur. Reallaşan 5 mərhələrə isə 10,8 milyon dollar investisiya alıb.


Iflix: Iflix film, kino, əyləncə, canlı yayım platformasıdır. Cənubi Asiyada İnkişaf Etmiş Ölkələrin (İEÖ) və İnkişafda Olan Ölkələrin (İOÖ) Netflix funksiyasını yerinə yetirir. 8-dən çox investisiya turu reallaşdırıb və ümumilikdə 348 milyon dollar investisiya əldə edib.


Malayziyalı startapçılar çağdaş dövürdə rəqabət etmək üçün maşın öyrənmə və maliyyə texnologiyalarını əhatə edən məhsullara fokuslanır. Bu sahədə layihələrini həyata keçirirlər. Yaxın zamada texnologiya, innovasiya sahələrində Malayziyadan çıxan startapların adlarını daha sıx görəcəyik kimi gəlir.


Müəllif: Digital Marketinq mütəxəssisi Zeynep Gabralı