bazar ertəsi, 18 oktyabr 2021

Azərbaycanda qadın rəhbər ilə niyə çalışmaq lazımdır?


Ülviyyə Əlizadə


1110

Aydın məsələdir ki, müdirinizin cinsi idarəetmə bacarıqlarına təsir etmir. Əvvəlki bir araşdırmaya görə, insanlar yeni bir işə keçən zaman (hətta qadınlar) kişi müdir tərəfindən idarə edilməyin tərəfdarı olublar. Bununla birlikdə işə qəbul mütəxəssisləri tərəfindən qadın menecerlə işin daha asan olmasının 8 maraqlı səbəbi müəyyən edilib:

  • Qadın beyinləri tutarlı bir beyinə sahibdir, onlar yaxşı dinləyicidirlər, yaxşı xatırlamaq xüsusiyyətinə malikdirlər və əla bir intuisiyaya sahibdirlər.

Qadınların sağ və sol beyinləri qarşılıqlı sıx bir əlaqəyə sahibdir. Bu isə onlara bir anda çox şeyi etmələrinə kömək olur. Bunun sayəsində məntiqi düşünməyi və intuitivliyi daha yaxşı bacarırlar.

  • Onlar talantlı diplomatdırlar

Qadınlar yaxşı kommunikativ bacarıqlara sahibdirlər. Bu isə onlara kömək edir ki, işçiləri doğru bir şəkildə ruhlandırsınlar və təşviq etsinlər. Hətta dəyişikliklərinizi anlamaq və hiss etmək üçün üzünüzdəki 43 əzələ dəyişikliyini də müşahidə edə bilərlər.

  • Qadınlar öyrənməyə “acdırlar”, daim bacarıqlarını inkişaf etdirirlər

5800-dən çox tələbə üzərində aparılan araşdırma göstərir ki, yüksək fokuslanmaq qabiliyyəti, aktivlik və şəraitə uyğunlaşmaq bacarıqları sayəsində qızların akademik göstəriciləri oğlanlardan yüksək olub. Bu isə rəhbər və həmkar axtarışı üçün ideal xüsusiyyətlərdir.

  • Qadınların maliyyə idarəetmə bacarıqları yaxşıdır

The Washing Post Magazine nəşrinin apardığı araşdırmaya görə, qadın maliyyə investorlar öz sahələrində kişilər ilə müqayisədə fərdi baxımından 2,3%, qrup baxımından isə 4,6% daha yaxşıdırlar. Ümumi olaraq qadınlar 1,4%-ə qədər investisiya qərarlarında daha yaxşıdırlar. Bu isə ona dəlalət edir ki, siz qadın rəhbərləriniz tərəfindən maaşa daha çox bonus əldə edə biləsiniz.

  • Güzəştə getməyi və ədalətli qərar verməyi bacarırlar

Menecer və yuxarılarda çalışan 600 nəfərə yaxın şəxs arasında aparılan araşdırmanın nəticəsinə görə, qadınlar hər kəsin xeyrinə yarayan və hüquqlarının pozulmadığı ədalətli qərar verməyə daha meyillidirlər. Qadınlar çətin qərarlar qəbul etməli olduqlarında kişilər ilə müqayisədə daha çox sual verirlər. Konkret məsələlərə daha geniş həll yolu tapmağa çalışırlar. Kişilər daha çox şirkətin qaydalarına, siyasət və proseduruna və köhnə məktəb düşüncəsinə əsaslanaraq qərar verməyə meyillidirlər. Ancaq araşdırma göstərir ki, qadınlar prosedurları gözə almamağa bir qədər meyillidirlər və “qayığı sallamaq” ehtimalları daha çoxdur.

  • İş və şəxsi həyat balansının qorunmasına çox meyillidirlər

Onlar fərdi-ailə, dost, sevgi kimi məsələləri asanlıqla işçiləri ilə paylaşa bilirlər. Buna görə də qadın rəhbərlərdən asanlıqla qısamüddətli bir fasilə istəyə və şəxsi problemlərinizi həll etmək üçün ofisdən ayrıla bilərsiniz.

  • Birdən çox işlə məşğuldurlar

Qadınlar həssasdırlar, yaxşı bir təşkilati qabiliyyətə malikdirlər. Bu isə onlara yeni bir missiyada irəliləməyə kömək olur. Qadın müdirinizin iclasda ola-ola e-mail yazdığını və ya telefon ilə danışdığının şahidi ola bilərsiniz.

  • Ümumiyyətlə, onlar yaxşı liderdirlər

2011-ci ildə aparılan bir araşdırmada qadınlar kişilərdən bir çox kriteriyalarına görə, yüksək bal alıb. Bunlar işdə aktivliyi, nəticə yönümlü olmaları, dürüst və şəffaf olmaları, işçilərin inkişafında maraqlı olduqları ilə bağlı kriteriyalar idi.

Sonda qeyd edək ki, Azərbaycanda qadın rəhbərlərin dövrü çoxdan başlayıb. Hətta dünyanın əvvəlindən bəri yaradan, böyüdən, ilham verən olaraq arxa planda həmişə qadın olub. Artıq arxa plan yoxdur, səsiz qalmaq yoxdur. Çalışmaq, yaratmaq, idarəetmək istəyən hər qadın bunu bacaracaq.

Fikrin, istehsalın, bacarığın, gücün qadında olduğunu hər kəs görəcək. Kişilər dolu iclas masalarında fikirlərinizi alıb, özləri tətbiq edib, bunun da burda nə işi var cümləsini qura bilməyəcəklər! Qadınların incəliyinə qədər düşünülmüş fikirləri, yaradıcılıqları günəş işığına çıxaracaq. Kimsə narahat olmasın! Qadın rəhbərlərə artıq vərdiş edin.

Ülviyyə Əlizadə,

facemark.az baş redaktor

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik