şənbə, 16 yanvar 2021

Bruce Lee-dən həyat, uğur və uğursuzluq ilə bağlı – 10 FİKİR

374

Sağ qalsaydı noyabrın 27-də döyüş sənətləri ustası, aktyor Bruce Lee-nin 80 yaşı olacaqdı. O, həyatdan hələ 32 yaşı olan zaman, gənc ikən ayrılsa da, həyatı boyunca və ölümündən sonra da əsl əfsanə olmağı bacardı. İnanılmaz fiziki uğurlarına görə, bir çoxları onu supermen hesab edirdi. Bruce həmişə zəif tərəflərini tapmağa və bacarıqlarını inkişaf etdirməyə meyilli idi. Bu isə sadəcə idmanda deyil, kino, yaradıcılıq, həyatda da belə idi. Böyük ustadı xarakterizə etmək üçün onunla bağlı 10 fikiri qeyd edirik.

- Xoşbəxt insan ən yaxşısına sahib olan deyil, əlindən gələnin ən yaxşısını edən şəxsdir.

- Həqiqətin heç bir yolu yoxdur. Həqiqət canlıdır, buna görə də dəyişkəndir.

- Səhvləri etiraf etmək üçün cəsarətiniz varsa, hər zaman bağışlanandır.

- Zehninizdə bunu qəbul etməyincə, məğlubiyyət məğlubiyyət deyil.

- Həyatı sevirsinizsə, vaxt itirməyin. Zaman həyatın özüdür.

- Mühakimə etməmişdən öncə başa düşməyi öyrənirəm. Mən kütləni kor-koronə izləyə və onların yanaşmasını qəbul edə bilmərəm.

- Ölümsüzlüyün açarı, ilk növbədə yaddaşlarda qalmağa layiq həyat yaşamaqdır.

- Düşünmə, hiss et!. Bu barmağınızı Aya yönləndirmək kimi bir şeydir. Barmağınıza fokuslanmayın, əks halda bu ilahi gözəlliyi əldən verəcəksiniz.

- Əgər səni tənqid edirlərsə, deməli hər şeyi düzgün edirsiniz. Çünki insanlar beyinləri olan hər kəsə hücum edir.

- Pulun belə bir mənası yoxdur. Pul müəyyən edilən hədəflərə çatmaq üçün sadəcə bir yoldur. Onunla nəyi edə və edə bilməyəcəyinizi bilməlisiniz.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün