facemark.az vaxtınıza qənaət etmək üçün 8 layfhəck haqqında məqalə hazırlayıb.


1. Gündəlik işlərinizi optimizə edin


İşləri planlı şəkildə etməlisiniz, bəzilərini hər ay, bəzilərini isə hər gün. Bəzən bu çox yorucu olur. Buna görə də, onlara daha az vaxt ayırmaq üçün sadə qaydalardan istifadə edin.


2. İki dəqiqəlik qaydadan istifadə edin


Bu metodika GTD texnikasının qurucusu Devid Allen tərəfindən yaradılıb. Bu qaydaya görə, bir tapşırığın icrası 2 dəqiqə və daha az vaxt alırsa, o təxirə salınmamalıdır. Məsələn, bir məktuba cavab verməyiniz və birinə zəng etməyiniz, kiçik bir xətanı düzəltməyiniz lazımdır. Bu kimi məsələlərdə dərhal maraqlanın. Bu metod belə tapşırıqları siyahıya əlavə etməkdən və yenidən ona qayıtmaqdan daha tez başa gəlir. Tamamlanması 2 dəqiqədən çox vaxt alırsa bu halda onu ediləcək işlərin siyahısına əlavə edin və təkrar ona geri dönün.


3. Mail qutunuzu gündə 3 dəfə yoxlayın


Daxil olan hər e-poçt diqqətinizi yayındırırsa, əsas işdə irəliləmə şansınız çox azdır. Ən yaxşı üsul bildirişləri söndürmək və mail qutunuza yalnız saat 11, 14, 17 radələrində yoxlamaqdır. Cədvəlinizə uyğun olaraq öz cədvəlinizi yaradın. İşə gələn kimi poçt qutunuzu yoxlamaq vərdişinizdən imtina edin. Bu anda enerjiniz çox olduğuna və qərar verməkdən yorulmadığını müddətdə həqiqətən vacib işlərə fokuslanmaq daha yaxşı olar.


4. (+1) qaydasından istifadə edin


Sadə və qısa bir məsələni həll edən zaman, xatırlayın ki, bunun kimi daha nə qədər işlər var. Və onları tamamlamağa sadəcə 1 dəqiqə vaxt ayırın. Məsələn, qabları yuyursunuzsa, sobanı da eyni anda silin. Məktub göndərdikdən dərhal sonra, gələnlər qutusunu səliqəyə salın. Bu hər şeyi daha sürətli etməyə və gündəlik proseslərinizi asanlaşdırmağı öyrədir.


5. İşdə lüzumsuz söhbətlərdən yayının


Vaxtın çoxu, ümumiyyətlə, bir problemi həll etməkdən daha çox iclaslarda əlavə söhbətlərə sərf edilir. Nəticədə siz öz işinizi görmürsünüz və fikriniz daha az əhəmiyyətli olur. Ona görə də YOX! deməyi öyrənin. Əgər doğrudan da fikrinizə ehtiyac varsa, məsələni yazılı həll etməyi təklif edin. Nəzərinizdə saxlayın ki, başqalarının problemini həll etməklə, öz işlərinizin həllindən yayınırsınız. Doğrudan da bəzi iclaslara çox ehtiyac var, ancaq daha çox vaxt alanlara getməyi qəbul etməyin.