Interaktiv Reklamçılıq Dərnəyi (IAB) influencer marketinqi daxilində sektordakı ümumi vəziyyəti başa düşmək məqsədilə İnfluencer Marketinqi Anket-inin nəticələrini açıqlayıb. Anketdə 58 Reklam Agentliyi, 16 Influencer Marketinq Agentliyi və 69 Reklamverən iştirak edib. Respondentlər 2020-ci ildə Influencer Marketinq Strategiyasını ən çox bəyəndiyi marka olaraq Trendyolu seçib. Anketdə iştirak edən reklamverənlərin 91%-i çalışdıqları markaların 2021-ci ildə influencer marketinq kampaniyalarına ayıracağı büdcələrin artacağını proqnoz edib.


Bundan başqa, reklamverənlər deyib ki, 2020-ci ildə çalışdıqları markaların 84%-i 2020-ci ildə influencer marketinq kampaniyasını reallaşdırıblar. Anketdəki suallara cavab verən reklamverənlər deyib ki, xidmət etdikləri markaların böyük bir qismi digital marketinq büdcələrini 0 ilə 5%-ni məhz influencer marketinq kampaniyaları üçün ayırmışdılar.


Büdcələr artacaq


Anketin nəticələrinə görə, agentliklər müştərilərinin 91%-i üçün influencer marketinq kampaniyası hazırlayıb. Agentliklərin 2021-ci il sektor ilə bağlı proqnozlarına yer verən anket iştirakçılarının 86%-i deyib ki, xidmət verdiyi markaların influencer marketinq kampaniyalarına ayıracağı büdcə artacaq. Respondentlərin 64%-i deyib ki, markaların influencer marketinq kampaniyalarına ayıracağı büdcə 10 ilə 30% nisbətində artacaq.


Sürətli istehlak məhsulları sektoru ilk sırada


Anketdə iştirak edən influencer marketinq agentliklərinin verdikləri cavablara baxdıqda, bu agentliklərin ən çox marketinq etdikləri sektorların əvvəlində sırası ilə, sürətli istehlak məhsulları, e-ticarət və tekstil gəlir.


Yenə anketi cavablayan influencer marketinq agentliklərinin 92%-i 2020-ci ildə, xidmət verdikləri markaların influencer marketinq büdcələrini artıracağını düşünür.