şənbə, 16 yanvar 2021

REKLAMDA MUSİQİ və ya melodiyadan satışa dəstək


Teymur Məmmədov


714

Bir anlığa təsəvvür edin ki, təbiətdə heç qədimdən bəri musiqi deyilən bir şey mövcud olmayıb.Təsəvvür edə bildinizmi? Yox, eləmi? Mən də bacarmadım. Sanki həyatın zəngin boyaları bir anda qeyb oldu. İnsanların gülüşü, quşların səsi, sükutun sədası, çiçəklərin ətri, həyatın təravəti heç oldu...

Musiqisiz yaşayan xalq, ritmi duymayan qəbilə yoxdur, sənəti dəyərləndirməyən millət olmayıb... Çünki musiqi əslində həyatın, dövranın, tarixin melodik yaddaşıdır, insanların ruhuna təskinlik verən bir həlim meh əsimidir, gerçəkliyə əlvanlıq gətirən təranələr yelpazəsidir...

Musiqi insanlığın canlı tarixidir, düşüncə tərzidir, səsli təfəkkürüdür, təbiətin səs və ritmlə təcəssümüdür. Bizi əhatə edən real təbiətin dialektik vəhdətdə olan polifoniyasının sistemli düzümüdür. İnsana yaşamaq eşqi təlqin edən motivatordur.

Ritm və melodiya əsrlər, minilliklər boyu insanları dincəlməyə, döyüşməyə, bayraq yüksəltməyə, fəaliyyətə, azadlığa, quruculuğa səsləyir. Musiqi bəşərin həyat himnidir, könüllərin təranələr poetikasıdır, beyinlərin ahəngdar qaynağıdır.

Reklam sahəsi çoxşaxəli janr və ifadə rəngarəngliyi ilə seçilən kreativ fəaliyyət sahələrindən biridir. Onun başlıca missiyası mal və məhsula istehlakçının diqqətini, bağlantısını təmin etməklə bərabər, həm də incəsənətin müxtəlif alət və resurslarından faydalanmaqla tələb və təklif arasında aktivləşdirici rola sahib olmasından ibarətdir.

https://muizre.ru/dir/1073-1-0-9620

Musiqi mal və məhsulu irəlilədən, mövqeləndirən və tanıdan mesaj marşrutunun audio-vizual cığırdaşı kimi mühüm əhəmiyyət daşıyır. Sözün musiqili müşaiyəti ilə verilən mesaj kommunikasıya məcralarında silinməz iz qoyur. O, müştəri hafizəsində təcəssümə praqmatik hədəfləmə ilə bərabər bir emosional boya qatmış olur. Müştəri adicə bir istehlak məhsulu almır, həm də bir hekayə tarixinin şirin, oynaq, düşündürən duyğularını yaşayır.

Məhsulun praktiki təyinatından daha üstün olan bir özəllik, emosional bağlarla duyğulara can verən, insana xoş anlar yaşadan bir mövzudan söhbət getdiyini hiss edən müştəri məhsulun hekayəsi ilə bərabər bir doğmalıq yaşayır, mal və xidmət ona əziz və sevimli olmağa başlayır, seçim loyallıq zəminində illələ davam edən bir dostluğa və mehribançılığa çevrilmiş olur.

https://muizre.ru/dir/35-1-0-9689

Daha bir maraqlı cəhət ondan ibarətdir ki, reklam audio və video daşıyıcılarında klassik musiqi belə təbii və diqqətçəkici təsir bağışlaya bilir. Bildiyiniz kimi, klassik musiqi insanların böyük əksəriyyətində kədərli, üzüntülü, darıxdırıcı təsir bağışlayan bir yaradıcılıq məhsulu təəssüratları oyadır. Bunun da öz səbəbi var. Klassik musiqi yüksək zövqə sahib olan kübarlar təbəqəsinin ehtiyacıdır.

Amma qəribə görünsə də, reklam materiallarında klassik musiqi çox maraqla qarşılanır, geniş istehlakçı kütləsində müsbət maraq doğura bilir. Məsələn, Miratorq-un reklam çarxında Şopenin məşhur noktürnü səslənir. Görüntülərlə ahəngdar səslənən musiqi adamın ruhunu oxşayır və marka səmimiliyinə etbarlı dəstək verir.

https://muizre.ru/load/14-1-0-3070

Musiqi reklamda heç vaxt dominant ola bilməz. Çünki önəmli olan marka mesajıdır. Bir başqa reklam çarxında musiqi tamam fərqli kreativ ideyanı qabardır, onu daha baxımlı edir. Yaradcılığın exspressiyasını, passionar gücünü, rəssamın kreativ beyin dinamikasını və ürək çırpıntılarını özündə əks etdirən musiqi bu tipli reklam çarxı daha maraqlı olur və daha geniş kütləyə mənimsənilmə üçün real şans verir.

https://muizre.ru/dir/778-1-0-9597

Sprite-ın yüzlərlə reklam çarxı vardır. Onların hər birinin öz məziyyətləri, üstünlükləri və təbii ki, qüsurları da var. Amma bu nümunədə reklam əsəri kimi - çarxın dramaturgiyasının inkişafında musiqi müstəsna rol oynayır. Belə ki, uzun illərdən sonra öz Vətəninə dönən basketbolçu dünənini və bu gününü maraqlı və dinamik konteksdə təkrarən yaşamış olur.

https://muizre.ru/load/14-1-0-2534

Mən reklamçılıq mühitində çoxdandır ki, fəaliyyət göstərirəm. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, reklam çarxları üçün çox sayda jingle yaradılmasında, həm kreativ direktor olaraq, həm də bilavasitə kopirayter kimi iştirak etmişəm. Bu baxımdam musiqinin reklamda, xüsusilə də reklam çarxı və radioospotlarda təkrarsız rolunun canlı şahidiyəm. Bu baxımdan ən uğurlu işlərimdən biri kimi SimSim Öz ritminlə yaşa konseptini nümunə gətirə bilərəm. 2001-ci ilin yayından 19 il ötsə də, bu günün özündə belə, bu reklam çarxı fərqli müsbət enerjisini saxlayır.

https://www.youtube.com/watch?v=syXjUTleYO8

Söhbət müasir ritmlərdən getsə belə, daha oynaq janrlara maraq daha böyük olsa da, rok və blyuz öz təravətini itirmir, hərdənbir bu irsə müraciət edilsə, müsbət nəticələr əldə oluna bilər. Bu baxımdan qadın bəzək aksessuarları markası kimi tanıdığımız Swarovski məhsulları başqa bir ruh və təravət qazanır, reklam çarxı isə daha baxımlı və çox baxımlı olur.

https://muizre.ru/dir/1010-1-0-9944

Bu mövzuya vaxtaşırı dönəcəyik. Çünki maraqlı yanaşmalar ola bilər. Klassik, rok, rep və ya etnik musiqi kimi janr və istiqamətlərdən hansı daha effektivdir, hansı yerdə, hansı məhsulda daha səmimi qarşılanır?!.

Sizə xoş arzularla,

Teymur Məmmədov,

Kreativ direktor

Adver.az

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün