Məlumat gizliliyini pozduğuna görə, adına bir çox dava açılan Facebook-un başı yenə dərddədir. ABŞ-ın 40-dan çox əyalət texnologiya nəhəngi Facebook-a dava açmağı planlaşdırır.


Facemark.az xəbər verir ki, Facebook-un artıq skandala çevrilən məhkəmə davalarına daha bir yenisi əlavə edilir.


Nyu-York başda olmaqla 40-dan çox ABŞ əyaləti Facebbok Inc-i antiterrorist pozulmalara qarşı araşdırır və yaxın zamanda dava açmağı planlaşdırır.


Açılan davanın tam olaraq nələri əhatə etdiyi bilimir. Eyni zamanda, Facebook-un kiçik rəqiblərini böyük bir primle tərkibinə qatmağa çalışdığı iddiası mövcuddur.


Bu iddia Instagram və Whatsapp satin almalarını da əhatə edir.