Ötən günlərin birində menecerlərdən biri mənə belə bir sual verdi. Komanda üzvlərimə işdə ağlamamalı olduqlarını deyə bilərəm mi? Mən yaşam koçuyam, əsasən də belə sullara elə sual ilə də cavab verirəm.


Niyə siz bu haqda danışdınız?


Niyə sizə belə gəlir ki, işdə ağlamaq olmaz?


İş yerində ağlamaq olmaz desəniz, siz qaşı insanların fikirləri necə olar?


Ancaq kouç kimi cavab verməyin əvəzinə, qəti və instinktiv bir cavab verdim: XEYR DEMƏK OLMAZ!


Aktyor Tom Hanks-ın rol aldığı A League of Their Own filmindən bilirik ki, beysbol topunun üzərində göz yaşına yer yoxdur. Ancaq işdə biri ağlayan zaman dəqiq nə etməli olduğumuza dair yekun bir cavab yoxdur. Onlar ağlayır bu sizin xoşunuza gəlir, yoxsa yox?


İşyerində göz yaşları xoşagəlməz rəy aldığı, karyera planlaşdırması zamanı məyusedici bir nüans, qeyri-adi gözləntilər barəsində çətin bir söhbət və ya iş yoldaşlarının görmədiyi bir söhbətin nəticəsində yarana bilər. Bir çoxlarımız birinin ağladığını görən zaman özümüzü narahat və günahkar hiss edirik. Niyə belə bir reaksiya veririk? Bunun bir neçə səbəbi ola bilər?


Gəlin, Harvard Business Review nəşrindən aldığımız pullu məqalədə bunun səbəblərinə aydınlıq gətirək.


1. Biz situasiyanı düzəltməyə çalışırıq. Bir çoxumuz insanın ağladığını görəndə instiktiv olaraq problem həll etmək haqqında düşünür. Ancaq problemin hər zaman nə olduğunu bilmirik.


2. Göz yaşlarının bizə görə olduğunu düşünürük. Özümüzdən dərhal soruşuruq, Səhv nəsə dedim, etdimmi? O, mənə görə ağlayır?


3. Biz insanın niyə ağladığını bilmirik. Ancaq ən sadə izahı onun sadəcə kədərli olmasıdır. Ancaq insanlar hirslənəndə, xoşbəxt olanda, utandıqda, narahat olduqda, rahat olduqda, qorxduqda, əsəbləşdiyində, yorulduğunda, təhqir edildiyinizdə, ac və tənha olduğunda və s. ağlayır.


4. Ağlamaq istəmirik. Ancaq duyğular yoluxucudur. Başqalarının göz yaşları bizi də ağlamağa sövq edir. Xüsusən də bu onların dərdlərinə yanmaq istədiyimizdə baş verir.


5. Göz yaşlarının daha böyük problemə gətirib çıxardığını düşünürük. Ancaq konkret hansı problemdən söhbət gedir? Gözyaşlarının bayaqkı söhbətdən də böyük bir problemin səbəbi olub-olmadığını düşünürük. Daha dərin bir şəxsi problem olduğu zaman isə, biz qarşıdakı şəxsin, həmkarınızın göz yaşlarını necə saxlamalı olduğunuzu bilmirsiniz.


6. İnsanların daha da dərindən ağlayacağından ehtiyat edirik. İlk göz yaşını, hönkürtünü görəndə düşünürük. Görəsən, hansı sözlər onun göz yaşlarını dayandıra bilər? Və ən pis ssenarilər haqqında düşünürük, əgər ağlayan şəxs daha da həyəcanlanarsa nə baş verər?


İş yerində ağlayan birini görən zaman, ona kömək edəcək şəxsin emosional intellekt idarəetməsi və zəkası çox güclü olmalıdır. Qarşıdakı şəxsin göz yaşlarını özünkü kimi hiss etməli və ona uyğun da reaksiya verməlidir. Öz duyğularımızı nəzarətə almalı və hazırda qarşıdakı şəxsin ehtiyac duyduğu ana fokuslanmaq lazımdır. Əksər hallarda qısa, təsəlliverici və faydalı cümlələr qurmalısınız. Əmin olun, bu işə yarayacaq.