Avropanın ən böyük yaradıcı festivallarından biri olan 2021-ci ildə keçirilməsi nəzərdə tutulan, beynəlxalq marketinq və reklam festivalı White Square yeni müraciətlərin başlamasını açıq elan edib.


Facemark.az-ın media partnyoru olduğu festivala hər il dünyanın 30-dan çox ölkəsindən nümayəndələr, 1000-dən çox iştirakçı, biznes proqramı çərçivəsində nümayəndələr yer alır.


White Square 2021, 9-11 İyun tarixlərində keçirilməsi nəzərdə tutulub. Ənənəvi olaraq White Square 2021 marketinq və reklam sahələrini ehtiva edən kommunikasiya və biznes forumu funksiyasını yerinə yetirəcək.


White Square 2021-nin yarış proqramı 8 istiqamət üzrə olacaq. Bunlar kreativlik, brendinq, marketinq, marketinq effektivliyi, rəqəmsal, media, yaxşılığa doğru dəyiş və bacarıqlı işlər üzrə olacaq. Sonuncusu özündə ən yaxşı film, radio, çap və outdoor reklam nümunələrini birləşdirəcək.


Festivala yardıcı işlərin daxil olması onlayn qaydada, forumun veb saytı üzərindən aparılacaq. Festivalın ən erkən mərhələsi üzrə işlərin qəbulu Dekabr 1-dən Yanvarın 15-dək davam edəcək. Bu müddət ərzində isə bütün festival iştirakçılarına ən sərfəli şərtlər təqdim ediləcək.


Festivalın jüri heyəti isə Cannes Lions kimi yaradıcılıq festivalının qaliblərindən, kreativ mütəxəssislərdən ibarət olacaq. İşlər 7 kateqoriya üzrə təyin olunan jüri heyəti tərəfindən dəyərləndiriləcək. Bunlar kreativ, brendinq, marketinq, rəqəmsal, media, yaxşılığa dəyiş, beynəlxalq KİV-lərin nüfuzlu nümayəndələrindən ibarət olacaq. Onlar bütün yaradıcı işlərə müstəqil bir şəkildə qiymət verəcəklər. Festivalın əsas mükafatı - Qran Prix - münsiflər heyətinin sədrlərindən ibarət Xüsusi Münsiflər Heyəti tərəfindən qərar verilərək şəxslərə təqdim ediləcək.


Onu da əlavə etmək yerinə düşər ki, festival reklam və yaradıcılıq sənayesində reytinqlərdə üst sıralara çıxmağı bacarıb. Bu il It's Time! White Square festivalının təşkilatçıları yaradıcı şəxslərə müraciət etdilər. Böyük ideyalar yaratmaq, kommunikasiya sahəsində yaradıcı işlərə imza atmaq, effektiv biznes həllərinə nail olmaq, ilham axtarmaq, tapmaq və peşəkar təcrübə mübadiləsinin vaxtıdır. Qalib olmaq üçün hərəkət etməlisən, bunu burada elə indi et!


Bunun üçün sadəcə etməli olduğunuz müsabiqə işlərini hazırlamaq və onu adfest.by! saytı üzərindən yükləməkdir.