Catalleyes Agentliyinin rəhbəri Taner Özkara deyib ki, pandemiya yeni nəsil reklam xidmətləri baxımından bir çox yeni fürsətlər verir: “Yeni proseslərin reallaşması digitallaşmanın vacibliyini artırır, proqram, dizayn və yeni nəsil digital reklam xidmətlərinə olan ehtiyacları ciddi şəkildə artırır. Pandemiya, fikri olan hər kəsin xəyalını reallaşdırması üçün yaxşı bir fürsətdir.


Pandemiyada digital reklam və marketinq sektorunun vəziyyətini Digital Age nəşrinə Catalleyes Agentliyinin rəhbəri Taner Özkara dəyərləndirib. O, dəyişiklik ilə ortaya çıxan yeni yollara diqqət çəkib.


Bu dövrdə sağlamlıq, kosmetika, qida sektorları dövriyyələrini ciddi bir şəkildə artırıb, nəqliyyat, turizm, paket xidməti etməyən qida və içki sektoru, avtomobil və inşaat sektorlarının mənfəətlərində ciddi şəkildə enmələr yaşadığını deyən Özkara, bilirəm böyük bir klişədir, ancaq böhran, əslində yeni fürsətlərin zamanı deməkdir. Belə zamanları okeanın ortasında fırtınada qalan balıqçı qayıqlarına bənzədirəm. Sahilə yaxşınlaşanda bir çoxumuz fırtınanın verdiyi zərərdən ciddi şəkildə yaralandıq. Belə vəziyyətlərdə fürsət iqtisadiyyatını yaxalamaq üçün şokdan sürətli bir şəkildə silkələnərək çıxmaq, trendin nə olduğunu müşahidə edib hazırki vəziyyətə görə sürətlə qərar vermək və hərəkət planı hazırlamaq lazımdır”, - deyib.


İnsanlar dəyişikliyə sürətlə adaptasiya olur


Özkara deyib ki, pandemiyada internetdən istifadə etməyən bir çox şirkət onunla tanış olub, xüsusilə qida və əsas ehtiyaclar məsələsində e-ticarət xidməti verən markaların dövriyyələrinin ciddi şəkildə artıb: “Görürəm ki, insanlar və markalar dəyişikliyə çox asan bir şəkildə adaptasiya ola bilirlər. Müştərilərin ehtiyaclarını doğru analiz edən markalar, xidmət vermə formalarını sürətlə yenilədilər və yeni xidmətlər verməyə başaldılar.


Bu yeni proseslərin aktuallaşması ilə, digitallaşmanın vacibliyi, proqram, dizayn, yeni nəsil digital reklam ehtiyaclarına olan tələb ciddi bir şəkildə artıb: “Məncə, pandemiya fikri olan hər kəsin xəyalını reallaşdırması üçün yaxşı bir fürsətdir. Bir çox sahibkarlar, agentlik və mütəxəssislər verdikləri xidmətlər ilə bağlı olaraq alt infrasturkturlar yaradaraq onlayn təhsil verməyə başladılar.


Yeni nəsil xidmətlər və təşəbbüskar fikirlər, veb platforma və layihələrinə olan marağın da artmasına gətirib çıxarıb.


ABŞ markaları, Türk agentliklərindən xidmət alır


Özkara pandemiyanın Türkiyədəki digital agentliklər üçün fürsətindən danışaraq deyib ki, ABŞ-dakı iqtisadi böhrandan dolayı bəzi markalar və təşəbbüskarlar digital xidmət, proqram və dizayn ehtiyaclarını Türkiyədən olan agentliklərə etdirməyə başlayıblar.


Dövlət digital dövrə təhsil faydası verməlidir


“Ölkəmizdə də bu təşəbbüsün də qısa vaxtda dövlət əli ilə reallaşmasını və dövlətin təhsil dəstəyi verməsinin lazım olduğunu deyən Özkara, “Bunun köməyi ilə fərqli sektorlardan bir çox marka, hətta dövlətin stratejik qurumlarına 100% milli və keyfiyyətli insan resursu tədarük etmiş olacaq. Dövlətin bu dəstəyi ölkədəki insan resursu probleminə və peşəkar mütəxəssis hazırlanması məsələsinə də ciddi şəkildə fayda verəcək”, - deyib.