Hyundai, robot iti ilə diqqət çəkən şirkət Boston Dynamics-i aldığını açıqlayıb. Detallar xəbərimizdədir…


Facemark.az xəbər verir ki, Boston Dynamics, son illərdə hazırladığı robotlara insani funksiyalar əlavə edərək, adından tez-tez bəhs etdirib.


2013-cü ildə nümayiş ediləndə Google tərəfindən alınmış və böyük səs-küy yaratmışdı. Ancaq 2017-ci ildə şirkət əl dəyişdirərək SoftBank damı altına daxil olmuşdu.



Boston Dynamics üç ildə ikici dəfə əl dəyişdirdi


Boston Dynamics-in yeddi il içindəki üçüncü sahibi Hyundai oldu. Şirkət, MIT daxilində həyat bulan, bu günədək bir çox robot istehsal edən Boston Dynamics-i 921 milyon dollara satın aldığını açıqlayıb. İlk dəfə ötən həftə iddia olaraq ortaya çıxan bu xəbər artıq rəsmi olaraq açıqlanıb.


Boston Dynamics, proqramlana bilən robotu Spotu, “Erkən Sahiblənmə Proqramı” çərçivəsində sentyabrda 150-dən çox şirkətə və araşdırma müəssisələrinə təqdim etmişdi.


Proqram, robot itin hansı sahələrdə istifadə edilə biləcəyini dəyərləndirməli və hansı sahələr üzrə inkişaf etdirilə biləcəyi ilə bağlı məsələləri təsbit etməli idi.


Dörd ayaqlı it robotu olan Spot-u sadəcə ABŞ miqyasında satışa çıxaran Boston Dynamics-in, Spot-u 74 min 500 dollara satışa çıxardığını bildirək.


Hyundai və Boston Dynamics aralarındakı əlaqənin necə olacağına dair məlumatı isə yaxın günlərdə paylaşacağı deyilir.