XXI əsrin dünya üçün ən uzun və çətin il olmağa namizədi 2020-ci ilin bitməyinə sayılı günlər qalıb. Gündəmi Covid-19 epidemiyasından tutmuş, siyasi toqquşmalara, iqlim dəyişikliyinədək bir çox mövzu zəbt etmişdi. B2Press Online PR Servisi təxminən 49,4 milyon xəbəri analiz edib və digital mətbuatda ən çox danışılan hadisələr və siyasi adları açıqlayıb.

2020-ci ildə Türkiyədə digital kanallarda ən çox yayımlanan ilk 10 xəbər

1. Covid-19 Pandemiyası – 13.614.732
2. Qarabağ Müharibəsi– 356.058
3. Ayasofya-nın ibadətə açılması– 280.433
4. İzmir zəlzələsi– 225.704
5. İdlib Şəhidləri– 191.634
6. Elazığ zəlzələsi – 136.806
7.Valyutadakı rekordlar– 90.357
8. George Floyd – 90.691
9. Bahar Kalkanı Hərəkatı – 59.811
10. Van-da uçqun fəlakəti – 51.973


Türk mediasında haqqında xəbərlərə ən çox yer verilən 5 əcnəbi ad

1. Donald Trump – 417.549
2. Emanuel Macron – 156.035
3. Joe Biden – 138.860
4. Vladimir Putin – 107.033
5. Angela Merkel – 106.063