2021-ci ildə “Azərbaycan Hava Yolları” QSC üçün dövlət büdcəsindən 10 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.


Facemark.az-ın məlumatına görə, “Report” xəbər verir ki, bu barədə 2021-ci il dövlət büdcənin layihəsində qeyd edilib.


Məlumata görə, bu məbləğ Naxçıvan Muxtar Respublikasına edilən aviareyslərə görə yaranmış zərərin ödənilməsi sərf ediləcək.


Qeyd edək ki, Azərbaycanda nəqliyyat və rabitə xərcləri üçün 2021-ci il dövlət büdcəsindən 208,7 milyon manat vəsait proqnozlaşdırılıb.