Bütün zamanların ən uğurlu şəxslərindən biri olan Ceff Bezosun məşhur bir sözü var: “Markanız siz otaqda deyilkən, insanların sizin haqqınızda dedikləridir. Rəqabət bazarında digərləridən fərqlənmək üçün şəxsi markanızı yaratmağınız çox vacibdir. Şəxsi markanız işəgötürənlər tərəfindən seçilməyinizə kömək olur, kim olduğunuza və nələr etdiyinizə dair qısa bir xülasə yaradır. CV-niz sadəcə 8 ½ x 11 kağız parçasına sığdığı halda, şəxsi brendinqiniz həyatınızın bütün sahələrinə öz təsirini göstərir. Daha peşəkar imkanlar üçün qapıları açır və işəgötürənlərə haqqınızda daha dolğun informasiya verir.


Şəxsi brendinq nədir?


Şəxsi brendinq, kim olduğunuzu və özünüzü dünyaya necə satdığınızı göstərən bacarıq və təcrübələrinizin birləşməsidir. Uğurlu bir şəxsi brendinq yaratmaq yolu ilə özünüzü rəqabətdən ayıra, eləcə də olduğunuz sektorda iz qoya bilərsiniz. İnternetin yüksəlişi, həmçinin, insanların şəxsi brendinqə ehtiyacı olduqlarını aşkara çıxardı. Sosial şəbəkələr vasitəsilə dünyanın fərqli yerlərində yaşayan insanlar ilə əlaqə qurmaqla yanaşı, LinkedIn kimi professional məcralar vasitəsilə şəxsi brendinqiniz qlobal bir miqyasa çıxa bilər.


Şəxsi brendinqi uğurlu olan insanlardan nümunələr


Dünyanın ən uğurlu insanları bu gün olduğunuz yerdən başladılar. Hazırda olduqları yerə çatmaq üçün bir çox sahibkar və iş adamı şəxsi brendinqini yaratmalı və zirvəyə doğru getməli idilər. Özünün şəxsi brendinqini ən uğurlu şəkildə aparan iş adamlarından biri, texnoloji yeniliklərin yaradıcısı Elon Muskdır. O, Tesla və SpaceX şirkətlərinə qədər, öz adını texnologiya sənayesi ilə sinonimləşdirdi və dünyanın ən çox danışılan şirkətlərini yaratdı. Onun Tesla Model 3 markası elektrik mühərrikli avtomobil bazarının 60%-ni əlində saxlayıb. Musk sahibkarlıq bacarıqlarından istifadə edərək, avtomobil bazarında və dünyada öz imzasını qoyur. Muskın, eyni zamanda düzgün etdiyi öz şirkətlərindən ayrı olan şəxsi brendinqini yaratmaq olub. Vizyon sahibi və yenilikçi olaraq şəxsi markasının etibarlılığını artırmaq üçün şirkətlərindən istifadə edir. Başqaları ilə olan səmimi münasibətlər fonunda isə bu etibarlılığı daha da yüksəkdə tutur.


QEYD: Şəxsi markanızın tanıtımını, gördüyünüz işdən daha çox edin.


Şəxsi brendinqin ən əla başqa bir nümunəsi isə beynəlxalq aləmdə məşhur olan müğənni, iş qadını Rihannadır. Rihanna öncə musiqi sənayesində ad qazanıb. Amma gözəllik və dəb sənayesində də təşəbbüskar kimi iz qoymağı bacarmışdı. O, şəxsi brendinqindən istifadə edərək Fenty Beauty və Savage x Fenty kimi imperatorluq qurmağa nail oldu. Hər ikisi onun dəb sənayesində sözünü demək üçün bir vasitə olmuşdu. Rihananın cəsarət və əzmi, status-kvonu dağıtmasına, bacarıq və ehtirası ilə bir fərd olaraq dəyərini sübut etməsinə kömək olub.


QEYD: Şablonları qırmaqdan heç zaman qorxma!


Şəxsi brendinqin faydaları


Şəxsi bir brendinq yaratmaq yeni fürsətləri qapısını açmağa, güclü tərəflərinizi vurğulamağa, auditoriyanızda etibar yaratmağa kömək ola bilər. Müraciət etdiyiniz vəzifədən asılı olmayaraq, şəxsi məktubunuzdan tutmuş şəxsi veb saytınıza qədər; hər şeydə şəxsi markanızı vurğulamaq özünüzü fərqləndirmək üçün çox vacibdir. ABŞ-da işəgötürənlər və İnsan Resursları Mütəxəssislərinin 85%-nin işə qəbul zamanı şəxsi brendinqi uğurlu olan şəxslərə üstünlük verdikləri bir həqiqətdir. İstər peşə həyatınıza yeni başlayırsınız, istərsə də karyera dəyişikliyi axtarırsınız fərqi yoxdur. Şəxsi brendinq dəyərinizi işəgötürənlərə qısa və səmimi bir şəkildə çatdıraraq sizə üstünlük qazandıra bilər.