şənbə, 16 yanvar 2021

Boston Dynamics robotları artıq rəqs edir - VİDEO

186

Son illərdə hazırladığı robotlara insani xüsusiyyətlər əlavə edərək adından tez-tez bəhs etdirən Boston Dynamics, dünyanın marağını üzərinə çəkməyə davam edir.

Facemark.az xəbər verir ki, şirkətin insana bənzər robotu Atlas və robot iti Spot-u artıq bilməyən yoxdur.

İnsan hərəkətlərini təqlid edən robotlar üzərində çalışan şirkət, onların nələr edəbiləcəyini qısa videolar ilə yayımlamağa davam edir və pərəstişkarlarını daha da təəccübləndirir.

Boston Dynamics-in Atlas və Spot robotları bildiyiniz kimi, qaçmaq, qapı açmaq, yük daşımaq, gimnastik hərəkətlər, parkur, tərs dönmə kimi aktivlikləri reallaşdıra bilir. Ancaq şirkətin yayımladığı son video, robotların illər içində inkişafını sehirli bir şəkildə insanlara çatdırır. Videoda, Boston Dynamics robotları Atlas və Spot, The Contours-un “Do You Love Me” mahnısı ilə koordinasiyalı şəkildə bir rəqs şousu təqdim edirlər.

Boston Dynamics, robotlarının rəqs bacarıqlarını ilk dəfə deyil ki nümayiş etdirir. Robot it Spot da, Uptown Funk mahnısı ilə rəqs etmişdi. Ancaq yeni videoda Atlas hadisəni başqa bir səviyyəyə daşıyır. Onlar problemsiz bir şəkildə qaçırlar, hoppanırlar, parkur və s. hərəkətlərini edirlər. Ancaq indiki videoda onların bu qədər axıcı və koordinasiyalı rəqs etməsi doğrudan da diqqət çəkir.

Videonun saxta olması ilə bağlı iddialar da yayımlandı. Ancaq Elon Musk isə özünün Twitter hesabından bunun real olduğunu paylaşdı. Robotların bu qədər axıcı və koordinasiyalı şəkildə rəqs etmələrindən dolayı onun saxta olması fikri yarana bilər. Animasiya və ya deyil, şirkətin bu günə qədər əldə etdikləri, bunu edəcəyinə dair güclü bir təəssürat yaradır.

Bostan Dynamics şirkətini 2013-cü ildə Google, 2017-ci ildə isə SoftBank almışdı. Şirkətin yeddi il içində üçüncü sahibi isə 921 milyon dollarlıq alış ilə ötən həftələrdə Hyundai olmuşdu.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün