Rəqəmsal iqtisadiyyatda təqlidçilər əsl yaradıcılardan daha çox qazanırlar. Onların özlərindən belə daha yaradıcı və çevik ola bilirlər. Məsələn, belə bir nümunə gətirək. 2011-ci ildə Snapchat platforması özünün 24 saatdan sonra yoxa çıxan, bu günün ən məşhur funksiyası olan Stories-Hekayələri aktiv etdi. Bu yenilik milyonlarla gəncin ürəyinə xitab edirdi. Facebook birinci növbədə Snapchat-ı almaq barəsində düşünürdü, ancaq bunu bacara bilməyəndə isə onun funksiyasını sadəcə kopyaladı. 2016-cı ildə isə Instagram (Facebook şirkətinə aiddir) Snapchat Stories-in bütün əsas funksiyalarını mənimsədi. Bir il ərzində isə Instagram-da gündəlik aktiv istifadəçilərin sayı (DAU) sürətlə artmağa başladı. Bu isə Snapchat-ın böyümə sürətinin düşməsi fonunda baş verdi. Bu gün Snapchat əvvəlki populyarlığını yenidən qazanmağa nail oldu. Ancaq təkcə bu nümunə onu göstərir ki, rəqəmsal bazarda çoxsaylı istifadəçiyə sahib olan rəqiblər arasında sərhəd heç də yoxdur.


Əsl yaradıcıların təqlidçiləri məğlub etmək şansı var?


İşçilər bilinən məlumatları yeni kombinasiyalar ilə birləşdirməli və yeni həll yolları axtarıb tapmalıdırlar. Belə bir strategiya sizi təqlidçilər ilə mübarizə aparmağa kömək olacaq, eləcə də bilgi sızıntısını məhdudlaşdıracaq. Bu situasiyanı parktikada tətbiq edən bir neçə belə bir nümunəyə nəzər yetirək.


TikTok Facebook-u necə geridə qoydu?


Çinin ByteDance şirkətinə aid olan, qısa videoların mübadiləsi xidməti olan TikTok buna ən yaxşı nümunədir. Bu startap 2017-ci ildə ortaya çıxıb, qısa zamanda digər rəqib platformalar ilə müqayisədə istifadəçi sayı milyardı keçdi. Bu günə qədər isə ən çox yüklənən tətbiq olmağa davam edir. Mark Zuckerberq-in özü də etiraf edir ki, bu Çin texnologiya şirkətləri tərəfindən inkişaf etdirilən, dünyada ən çox populyar olan ilk istehlakçı internet xidmətidir. TikTokun qısamüddətli bir dövrdə davamlı böyüməsinin əsas səbəbi isə belədir: Şirkət fərqli kateqoriyadan olan məhsul və xidmətləri müxtəlif kombinasiyalarda birləşdirməyə nail olmuşdu. TikTok istehlakçının platformada keçirdiyi vaxtı, bəyəndiyi və şərh yazdığı videolara, əsasən onun nəyi sevdiyinə sürətli bir şəkildə qərar verən alqoritmlərə malikdir. Kontent yaradıcıları üçün platforma olduqca funksionaldır. Burada sünii intellektin köməyi ilə videoların redaktəsi olduqca asandır, eləcə də platformanın özü videoya əlavə etmək üçün musiqi, həştəq, filtr, hazırda aktual və populyar olan həllər təklif edir. Ümumilikdə, TikTok fərqli kateqoriyaları birləşdirdi və yeni bir kateqoriya yaratdı – qısa həvəskar əyləncəli videolar. İnsanların real həyatlarını ifadə etdiyi Facebook kimi platformalardan olduqca fərqlənir. Facebook-un TikTok-un bu uğurunu, Snapchat kimi kopyalamaq cəhdi bu günə qədər heç bir nəticə verməyib. İyulda Facebook TikTok-un klonu olan Lasso-nu bağladı. Bu isə onu bir daha göstərdi ki, Çin əlavəsini kopyalamaq heç də asan olmayacaq.


Spotify rəqabətdə necə qazandı?


Spotify təqlidçilər ilə mübarizə aparmaq üçün davamlı olaraq, əhəmiyyətsiz görünən yeniliklər edir. Birinci baxışda sizə elə gələ bilər ki, bu adi striminq xidmətidir. Ancaq burada daim yaxşılandırılan interfeys, davranışları proqnozlaşdırmaq üçün alqoritmlər, daim genişlənən musiqi kataloqu var. Spotify öncə müştəri-istifadəçilərin zövqünü təhlil edir, böyük məlumatlardan istifadə edərək, ona tətbiqetmədə qalmaq istədiyi parçaları təqdim edir. Spotify rəqabətin sərt olduğu bu bazarda daim yenilikləri ilə məşhurdur. Bu ona Apple kimi bir rəqibini belə geridə qoymağa kömək edir. Davamlı təbliğinə baxmayaraq Apple Music heç vaxt musiqi striminq bazarında yerini tuta bilmədi. Bu zaman kəsiyində isə Spotify texnologiya və kontentdən kənar yeni həllər və funksiyalar üzərində düşünür. Məsələn, bu yaxınlarda podkast müəllifi Joe Rogan ilə 100 milyon dollarlıq müqavilə imzaladı. Bu isə onun Apple-in podkast bazarına daxil olması üçün bir həmləsi idi.


Uber kimi çoxlu rəqiblərin öhdəsindən gələ bilməzsiniz


Araşdırmamız çərçivəsində belə bir maraqlı fakt əldə etdik ki, təqlidçilərin özləri belə bir-birindən öyrənməyə hazırdırlar. Bu yolla yeniliyi tutub saxlamaq daha asan olur. Məsələn, Uber-ə nəzər salın o 2010-cu ildə bazara çıxanda unikal xidmət idi, ancaq onun rəqibləri tərəfindən kopyalanması olduqca asan idi. Tez bir zamanda onun belə bir rəqibləri ortaya çıxdı ABŞ-da Lyft və ya Asiyada Didi, Gojek və Grab və s. Onlar Uber-dən bazar payı almaqla məşğul idilər. Yeni startaplar təkcə Uber-i deyil, bir-birilərini təqlid etməklə məşğul idilər. Təqlidçilər rəqabətin olmamasından dolayı rahat edən novatora -Uber-ə hücum etdilər.


Grab, Gojek və Didi, Uber xəritəsini öz əlavələri üçün adaptasiya etdilər. Hətta Grab-ın Uber-in sərnişin və sürücü motivasiya sistemini də kopyaladığına dair dəlillər var. Daha sonra eyni ideyaları Gojek təkrarladı.


Hər üç Asiya şirkəti hiperdiversifikasiya və super tətbiqetmə strategiyasını tətbiq etdikdə, kopyalamaq daha da sürətlə artdı. Məsələn, İndoneziya Gojek-in ardından Grab da sığorta xidmətləri təklif etməyə başladı. Bir çoxları isə deyir ki, Gojek Sinqapur bazarında daxil olanda Grab-ın xəritə məlumatlarını da oğurladı. Nəticədə bazar o qədər rəqabətli oldu ki, Uber geri çəkilməli oldu.


Nəticədə, hər üç nümunə əsasında belə bir qərara gəlmək olar ki, siz yenilikçi ideya tətbiq edə bilərsiniz, ancaq təqlidçilərə də oynamağı unutmaq olmaz. Məsələn, yuxarıda təqlidçilər ilə mübarizə aparan və uğur qazanan şirkətlərin nümunəsindən fadalanmaq olar.