Dünəndən Elon Musk-ın dünyanın ən varlı insanı olması ilə bağlı xəbərləri görə bilərsiniz. Xəbərdə deyilirdi ki, o, dünyanın ən varlı insanları reytinqində birinci pilləyə yüksəlib. Forbes nəşri bunun hələ indi niyə olmadığının səbəblərini açıqlayıb.


Son aylarda Elon Muskın aktivlərinin dəyəri sürətlə yüksəlir. Bloomberg nəşrinin məlumatına görə isə o, hazırda planetin ən varlı insanıdır. Ancaq Forbes-in qiymətləndirməsinə görə isə Tesla şirkətinin yaradıcısı hələ də planetin ikinci ən varlı insanı olmağa davam edir.


Elektrik mühərrikli avtomobil istehsalçı şirkətin rəhbəri Elonun Tesla-dakı aktivlərinin dəyəri 7 yanvar saat 2:30-da, (23:30 Moskva saatı ilə) 7% artım nümayiş etdirib, nəticədə isə Maskın kapitalı 9,8 milyard dollar artaraq 175,2 milyard dollara yüksəlib. Bu onu 22 milyard dollar daha artıq pulu ilə Fransız maqnatı Bernar Arno-dan ikinci edir. Ancaq o yenə də planetin ən varlı insanı olan Amazon-un CEO-su Ceff Bezosdan 11 milyard dollar daha kasıbdır. Forbes nəşrinin qiymətləndirməsinə görə, Bezosun şəxsi sərvətinin həcmi 186,8 milyard dollardır. Son bir ildə Muskın şəxsi sərvətinin həcmi astronomik bir şəkildə artdı. 2020-ci ilin martından bu yana nə az nə çox, düz 150 milyard dollar. Həmin vaxt onun şəxsi sərvətinin həcmi sadəcə 24,6 milyard dollar idi. Böyümənin böyük hissəsinə səhmlərinin dəyəri 2020-ci ildə 720% artan Tesla təsir edib. 2021-ci ilin ilk həftəsində o daha 10% artım göstərib. Tesla-nın səhmləri 21 dekabrda S&P 500 indeksinə yüksəlmədən öncə, üçüncü yer uğrunda mübarizədə Facebook-un CEO-su Mark Zukerberqi (şəxsi sərvətinin həcmi 98,2 milyard dollar) geridə qoydu. Daha sonra isə üçüncü pillədən ikinci pilləyə yüksəldi. Bu zaman isə Microsoft-un qurucusu Bill Qeyts-i (şəxsi sərvətinin həcmi 121,9 milyard dollar) geridə qoydu. Bill Qeyts isə üçüncü pilləyə endi.


Mask bu gün Tesla-dakı aktivlərin 21%-ni idarə edir, həmçinin, SpaceX özəl kosmik şirkətində paya sahibdir. Tesla-nın aktivləri rekordu qırmağa davam edir, hazırda bir səhminin dəyəri 800 dollardan hesablanır. Şirkətin 765 milyard dollarlıq bazar dəyəri var, bu isə onu dünyanın ən dəyərli avtomobil kompaniyası edir.