şənbə, 16 yanvar 2021

Burger King yeni loqosunu təqdim etdi – O 90-cı illərin sonlarından bəri dəyişməmişdi – FOTO

251

Fast-food restoranları şəbəkəsi Burger King son 20 ildə ilk dəfə özünün yeni loqosunu təqdim edib.

Facemark.az-ın məlumatına görə, bu haqda CNN Business nəşri məlumat yayıb.

Həqiqi və ləzzətli yeməklərdən ilhamlanan rənglərdən istifadə edən şəbəkə yenilənmiş retro stilində loqosunu açıqlayıb. Bundan başqa üzərində fast-food şəbəkəsinin yeni loqosu olan yemək və içkilər paketi və Burger King əməkdaşları üçün yeni lövhə və geyim forması təqdim edilib. Bildirmək yerinə düşər ki, 90-cı illərin sonlarından mövcud olan mavi zolaq şirkətin loqotipinin üzərindən yox edilib. Şirkət eyni zamanda açıqlamasında deyib ki, yeni minimalistik loqotip şirkətin o dövrdəki təkamülünə uyğun gəlir.

1969-1999-cu illərdə istifadə olunan köhnə loqonu təqlid edən yenilənmiş bir görünüş ilə fast food şəbəkəsi özünün uzun tarixinə hörmətini xatırladır.

Kompaniyanın işçilərinin uniformalarında da dəyişiklik gözlənilir. Artıq işilər müasir və rahat üslübları fərqli rənglər və qrafika ilə birləşdirən paltar geyinəcəklər.

Burger King-in pərəstişkarları yeniliyi dərhal hiss edəcəklər. Bu reklam, lövhə və qablaşdırma üzərində olacaq. Ancaq şirkətin bütün dünyadakı 19 000 yaxın restoranında yeniliyi təqdim etmək bir neçə il çəkə bilər.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün