Microsoft şirkətinin yaradıcısı Bill Qeyts investisiya fondu Blackstone ilə birlikdə özəl aviasiya bazarının liderlərindən biri olan Signature Aviation-ı almağa hazırlaşır.


Facemark.az xəbər verir ki, bu haqda Unplash nəşri yazıb.


British Signature Aviation qlobal özəl hava səyahət bazarının liderlərindən biridir və dünyada ildə təxminən 1,6 milyon çarter reysinə xidmət göstərir. 2020-ci ilin sonunda KİV-lər Blackstone investisiya fondunun bir hava daşıyıcısı almaq niyyətləri barədə məlumat yaydılar. Hazırda danışıqlara Cascade Investment fondunun vaitəsilə milyarder Bill Qeyts də qatılıb. Fond hazırda Signature Aviation-ın 19% aktivinə sahibdir. Mümkün olan razılaşmadan sonra Cascade Investment-in şirkətdəki payı 30%-ə yüksələcək. 70% aktivi isə Blackstone-da qalacaq.


Dekabrın sounda Signature Aviationa qoyulan qiymət 4 milyard dollar dəyərində idi. Nəşr hava yollarına istinadən məlumat yayıb ki, danışıqlar inkişaf mərhələsindədir, mövcud razılaşmanın dəyəri 4,3 milyard dollara yüksələ bilər.