şənbə, 16 yanvar 2021

Telegram-ın yaradıcısı WhatsApp-ın yeni siyasətindən danışdı

171

Telegram messencerinin qurucusu Pavel Durov sosial şəbəkələrdə messencer haqqında qeyri-dəqiq məlumatlar yayan botların aşkarlandığını söyləyib.

Facemark.az-ın məlumatına görə, sahibkar Telegram ilə bağlı yayılan 3 əsas mifi təkzib edib.

Durov sosial şəbəkə ilə bağlı yayılan miflər arasında onun açıq mənbə kodunun olmaması, layihənin yalnız Rusiyanı əhatə etməsi və messencerdəki mesajların şifrələnməməsi haqqında olduğunu deyib.

Durov deyir ki, 2013-cü ildən bəri Telegram müştəri proqramlarının hamısı açıq mənbə koduna malikdir. O, əlavə edib ki, Telegram-ın flaqmanından bəri messencerdəki mesajlar şifrələnir. Nəhayət, Pavel deyib ki, Telegram-ın Rusiyada hər-hansı xidməti və ofisi yoxdur, şəbəkə ölkədə 2018-2020-ci illərdə bloklanıb.

Eyni zamanda, Durov WhatsApp siyasətinin xüsusiyyətlərinə də nəzər salıb. Onun fikrincə, adıçəkilən messenerin sahibi Facebook şirkəti istifadəçilərin təhlükəsizliyini qorumağa çalışmır. O, əlavə edib ki, görünür WhatsApp gizli marketinqə keçid edir və şəbəkə keyfiyyət və təhlükəsizlik baxımından Telegram ilə rəqabət apara bilməyəcək.

Eyni zamanda, Durov deyib ki, Facebook-da Telegram-ın populyarlığının səbəblərini araşdıran ayrıca bir bölmə fəaliyyət göstərir. Pavel Durov bildirib ki, Telegram-ın uğurunun əsas sirri istifadəçilərinə olan hörmətdir.

Bu ilin yanvarında WhatsApp istifadəçilər ilə bağlı olan müqaviləni yeniləyib. Bu isə o deməkdir ki, bütün istifadəçiləri məlumatlarını Facebook şirkətinə ötürməyi təklif edir.

Beləliklə, Facebook istifadəçilərin telefon nömrəsi, əməliyyatları və IP ünvanları haqqında məlumat alacaq.

2020-ci ili sonunda isə Durov Telegram-dan pul qazanmağın mümkünlüyünü və biznes üçün əlavə funksiyaların ortaya çıxdığını elan edib.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün