şənbə, 16 yanvar 2021

Bloomberg Asiyanın ən varlı milyarderinin adını açıqladı

193

Şüşələnmiş su şirkəti olan Nongfu Spring-in yaradıcısı Zhong Shanshan (Çjun Şanşan) Asiyanın ən varlı insanı seçilib. Bloomberg-in versiyasına görə, o bir ildə 70 milyard dollardan çox qazanıb.

Bloomberg Asiyanın ən varlı insanı olaraq Çinli iş adamı Çjun Şanşan-ı seçib, o 2020-ci ildə 70 milyard dollardan çox qazanıb.

Facemark.az-ın məlumatına görə, Şanşan-ın şəxsi sərvətinin həcmi 77,8 milyard dollar qiymətləndirilir, bu isə onu dünyanın ən varlı 11-ci insanı edir.

Bundan əvvəl reytinqin zirvəsini Hindistanın Reliance Industries şirkətinin direktorlar şurasının sədri, idarəedici direktoru və əsas sahibi Mukeş Ambani tutmuşdu.

Şanşan şüşələnmiş su şirkəti olan Nongfu Spring-in və vaksin istehsalçısı olan Beijing Wantai Biological Pharmacy Enterprise-ın sahibidir. 2019-cu ildə birlikdə hər iki şirkətin gəliri 3,6 milyard dollardan çox olub.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün