Azərbaycanda eyni şəxsə məxsus 10 şirkət ləğv olunur
Azərbaycanda eyni hüquqi ünvanda dövlət qeydiyyatına alınmış "AFX İnvest", “Kral İnvestisiya”, "Faom", "Qafqaz Star", "Dəfnə F", "Tək Ulduz", "Barok", "Şah Holdinq", "Qoşa Qala" və "Qızıl Qala" MMC-lər ləğv olunduğunu elan edib.
Facemark.az-ın məlumatına görə “Report” bu barədə Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Sumqayıt şəhəri, Corat ŞTQ, ev 187A ünvanına bildirə bilərlər.
MÜSAHİBƏ
Şahpur İbrahimov: “Qlobal bazara daxil olmaq bu qədər asan olmamışdı”
“Bazarda bütün yeni yaranmış kanallar 3 mərhələdən keçir”.