Telegram sosial platforması ABŞ-da yüklənmə sayına görə ikinci olub.


Facemark.az-ın məlumatına görə The Daily Telegraph nəşri yazır ki, tətbiq 6 yanvar həftəsindən başlayaraq 545 000 dəfə yüklənib, bu isə ondan öncəki həftə ilə müqayisədə 3 dəfə çoxdur.


Bu ölkədə aktiv bir şəkildə yüklənən messencer isə ABŞ-da etirazlar fonunda sabiq prezident Donald Tramp-ın hesabını bağlayan Twitter olub. Bu, həmçinin ona görə baş verib ki, Apple və Google prezidentin dəstəkçilərinin istifadə etdiyi Parler sosial əlavəsini öz mağazalarından siliblər. Nəşr Telegram-ın ABŞ-da ən çox yüklənən ikinci tətbiq olması ilə bağlı onun qurucusu Pavel Durovdan şərh istəsə də xəbəri yazıldığı gün o buna cavab verməyib.


Maryland Universitetinin informasiya araşdırmaları üzrə professoru, Cen Qoldbek nəşrə verdiyi müsahibəsində deyib ki, Telegram üzərindən əlaqənin kəsilməsi ehtimalı az olduğundan, Tramp dəstəkçiləri Parler-in əvəzinə bu sosial şəbəkədən istifadə edə bilərlər və dəstəkçilər üçün uzunmüddətli bir yuva ola bilər. Əgər mesajlaşma tətbiqini yalnız sağçı qruplar istifadə edərlərsə, bu halda Apple və Google bir qədər nəzarəti təmin edə bilər. Ancaq Telegram insanların qanun çərçivəsində istifadə etdiyi, geniş yayılmış bir platformadır.