Populyar Rusiyalı blogger Denis Beysovskiy uzun müddətdir ki, davam edən koronavirus xəstəliyindən dolayı vəfat edib, onun 31 yaşı var idi.


Facemark.az-ın məlumatına görə, bu haqda İqromaniya nəşri bloggerin atasına istinadən xəbər verib.


Nəşr yazır ki, Beysovskiydə koronavirusun əlamətləri 20 dekabrda görünməyə başlayıb. Dörd gün sonra xəstəxanaya yerləşdirilib və testin nəticəsinin müsbət olduğu aşkara çıxıb. Eyni zamanda, koronavirusu həyatında başına gələn ən pis şey adlandırırdı.


Yeni il tətilində Denis özünün Twitter platforması üzərindən deyirdi ki, Moskva və Moskva ətrafı ərazilərdə yerləşən apteklərdə ona lazım olan antibiotikləri tapmaqda çətinlik çəkir. Onun sözlərinə görə, bu dərman preperatlarını almaq üçün ona yanvarın 11-dək gözləmək lazım idi. Ancaq bloggerin rəsmi ölüm səbəbi haqqında isə məlumat verilmir.


Xatırladaq ki, Denis Beysovskiy Rusiyada popular olan oyun bloggeridir. O, özünün YouTube kanalında videooyunlar və oyun bazarında baş verən yeni məlumatlar haqqında danışırdı. Onun kanalında abunəçi sayı isə 157 000 nəfər idi. Denis, eyni zamanda video podkastlar da hazırlayırdı.