şənbə, 16 yanvar 2021

PUTİNİN YENİ İL TƏBRİKİ REKORD QIRDI – MEDİASCOPE

172

Rusiya Federasiyasının prezienti Vladimir Putinin Yeni il təbriki televiziya məkanında ən reytinqli hadisə olub.

Facemark.az xəbər verir ki, onu əhalisinin sayı 100 000-dən çox olan şəhərlərdə yaşayan, dörd yaş və üstü 32 milyondan çox rusiyalı izləyib. Bu haqda TASS nəşri Mediascope-a istinadən yazıb.

Yeni il təbrik müraciəti üç ildir ki, ardıcıl olaraq artır. Məsələn, 2019-cu ildə prezidentin müraciətinə ölkə üzrə əhalinin 4-yaşdan başlayan 44%-i baxıb. Sonuncu, 2021 təbrikinə isə bütün ölkə üzrə baxış 45,5% olub.

Həmçinin kompaniya 31 dekabr, praym-taym-da lider mövqe tutan kanalların reytinqini də təqdim edib. “Birinci kanal”ın auditoriyası 2,8 milyon, “Rusiya 1”-in 2,8 milyon, NTV-nin 1,5 milyon, STS-nin 1,4 milyon, REN TV-nin isə təxminən 807 000 olub.

“Rusiya 1” telekanalı gündəlik izləmə sayına görə 2020-ci ildə lider olub, 1,3 milyon tamaşaçı. “Birinci kanalda” 1,1 milyon, NTV-də 1 milyon. Beşliyə, həmçinin “Beşinci kanal” və REN TV düşüb. Müvafiq olaraq 694 000 və 518 000. TOP 10-da, həmçinin STS, TNT, “Domaşniy”, TV Mərkəzi”, və “Karusel” kanalı da var.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün