şənbə, 16 yanvar 2021

Üç addım ilə Canva Pro hesabına pulsuz sahib ol! – Foto


Nicat Hacıyev


339

Canva dizayn üçün çox praktik və sadə saytdır. Şəkil stock-u, fərqli şablonları və geniş seçimi ilə çox məşhurdur.

Pulsuz versiyası bizə çoxlu imkanlar təqdim etsə də, lakin müəyyən limitləri var. Bu geniş sticker, şəkil və bəzi funksiyalara çıxışı limitləməsidir.

QHT təşkilatı olduğunu sübut edənlər üçün Canva öz pullu versiyasını pulsuz təqdim edir. Bu üsul çətin olduğundan, sizə sadəcə 3 addımda necə pulsuz Canva hesabına sahib olmaq olar deyə göstərəcəyəm. Qeyd etmək istəyirəm ki, bunun üçün sizin heç bir şəxsi e-mail və kart məlumatlarına ehtiyacınız olmayacaq.

1 - İlk addım temp-mail.org saytından müvəqqəti e-mail adresi əldə etməkdir.



Adresi əldə etmək üçün temp-mail.org saytına daxil olmaq kifayətdir, o müvəqqəti e-mail təqdim edəcək.

2 - İkinci addım isə namso-gen.com saytına daxil olub kart məlumatları əldə etməkdir.



Random kredit kartı üçün 527253 başlığını qeyd etmək lazımdır və daha sonra isə “Generate” edirik və bizə təqdim olunan kart məlumatlarından birini seçirik.

3 - Canva saytında bu məlumatları daxil edirik. Bunun üçün Canva Pro hissəsinə keçid edib, məlumatları daxil edirik.



Təbriklər! Sizin artıq Canva Pro hesabınız var. Bu üsul yalnız Canva üçün deyil, bir çox saytlar üçün keçərlidir. Şəxsi məlumatlarınızı daxil etməyərək 1 aylıq sınaq kimi işlədə bilərsiniz. Əgər, bəyənsəniz davam etmək üçün artıq ala bilərsiniz.

Uğurlar!

Müəllif: Fil Agency SMM menecer, Nicat Hacıyev

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün