şənbə, 16 yanvar 2021

Türkiyə prezidenti WhatsApp-a qarşı BiP-i tövsiyə etdi: Funksiyaları nələrdir?

151

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi ictimai platforması kimi BİP-i tövsiyə edib.

Türkcell tərəfindən Türkiyədə yaradılan və dünyada milyonlarla istifadəçinin fərqli mobil operatorlar üzərindən istifadə etdiyi BiP, sürətli, təhlükəsiz və şifrəli bir mesajlaşma təklif edir. BiP şifrəli mesajlaşma seçimi ilə yazışma və şəxsi məlumatlarınızın təhlükəsizliyinə təminat verir. BiP son 24 saatda 1 milyon 124 min yeni istifadəçi qazandığını açıqlayıb. Prezidentin Mətbuat Katibliyi də açıqlamasında bildirib ki, 11 Yanvardan bəri, jurnalistlərə açıqlamaları WhatsApp əvəzinə BiP üzərindən yayma qərarı alıblar. Platforma dünya miqyasında 53 milyondan çox şəxs tərəfindən yüklənilib.

BiP-in məxfilik müqaviləsi ilə bağlı bir bəndi isə belədir:

“BiP şəxsi məlumatlarınızın təhlükəsizliyinə xüsusi diqqət edir və şəxsi məlumatlara icazəsiz daxil olmaların qarşısını almaq üçün uyğun texnika və tədbirlər görür. Şəxsi məlumatlarınız, ciddi şəkildə tətbiq etdiyimiz və davamlı olaraq yenilədiyimiz güclü təhlükəsiz funksiyaları ilə qorunur. BiP bu siyasətə və ya qanunvericiliydə yer alan məlumatların qorunmasına sadiq qalaraq heç bir istifadəçinin şəxsi məlumatlarını üçüncü şəxslərə ötürmür.

Platformanın tətbiq etdiyi funksiyalar

  • Qrup mesajlaşma, yox olan mesaj, lokasiya izlənilməsi, yerli stikerlər ilə bütün kommunikasiya ehtiyaclarını pulsuz mesajlaşma funksiyası ilə təmin edir.
  • 106 fərqli dildə tərcümə funksiyası təklif edir, dil baryerlərini aradan qaldırır. İngiliscədən, alman dilinə qədər bütün dillərdə anlıq mesajlaşma imkanı təklif edir.
  • Platformanın “Təcili Vəziyyət” funksiyası ilə istifadəçilərin təcili vəziyyətlərdə, məlumatlarını və lokasiyalarını tək bir klik ilə, həm BiP mesajı, həm də SMS ilə paylaşmaq olur.
  • BiP Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edərək, Koronavirus Maarifləndirmə və Konsultasiya Kanalı açdı.
  • HD səviyyəsində səsli və görüntülü görüşmə imkanı təklif edir. BiP-də Gecə Modu, Fərdiləşdirilmiş Menü kimi fərqli funksiyalar da yer alır.
  • Yoxa çıxan mesaj funksiyası da var. Göndərilən mesajlar seçilən müddət ərzində izləyicinin söhbət ekranında görünür və vaxt dolandan sonra avtomatik olaraq silinir.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün