şənbə, 16 yanvar 2021

Digital Age Tech Summit 2021-in mövzusu - Future-Proofing

147

Digital inqilabın yaratdığı yeni platformaların nəbzini spikerləri ilə müzakirə edən, rəqəmsal dünyanın ən yaradıcı adlarının fikirlərinə ev sahibliyi edən Digital Age Tech Summit bu il 8 Apreldə “Future-Proofing” mövzusu ilə onlayn reallaşacaq.

Facemark.az xəbər verir ki, bu il, Digital Age Tech Summit ’21-də “Gələcəyə adaptasiya olunan, böhranlara qarşı dayanıqlı, qeyri-müəyyənsizlik qarşısında yaradıcı həllər yarada bilən texnologiya necə inşa etmək olar? sualına və onun yollarına cavab tapacaqsınız.

Fərdi, ictimai, iqtisadi rifahı eyni tərəzidə tutan, sağlamlıq və xoşbəxtlik təklif edən innovativ texnologiyaları bir araya gətirəcək.

Digital Age Tech Summit-də texnologiya inqilabı, elmi inkişaf, innovativ iş modelləri üçbucağında mövzu və spikerləri qonaq edəcək. 2007-ci ildən bəri davam edən seminar və atölye çalışmaları da bu il izləyicilərinin yolunu gözləyir. Burada fərqli ixtisas sahələrinə xitab edən mövzu başlıqları yer alacaq.

Digital Age Tech Summit ’21-də “Future-Proofing” mövzusu altında gələcəyi formalaşdıran texnologiyaların və digitalın rolunu masada müzakirə edəcəklər. Spikerlər arasında isə San Fransiskonun təmiz ət istehsalı şirkəti JUST-ın CEO-su Josh Tetrick, Google-un süni zəka etik araşdırmaçısı Timnit Gebru, DiCarlo CEO-su və Cara Delevingne Yaradıcı Konsultantı Lora DiCarlo, Kompüter proqramçısı və sənətçisi Mike Tyka kimi adlar yer alır.

Digital Age Tech Summit ’21 haqqında detallı məlumat almaq və konfransa qeydiyyatdan keçmək üçün BURAYA klik edə bilərsiniz.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün