şənbə, 16 yanvar 2021

facemark.az-ın media partnyor olduğu White Square 2021 müsabiqə işlərinin qəbulunu açıq elan etdi

140

White Square Avropanın ən böyük yaradıcı reklam festivallarından biridir. Burada hər il dünyanın 30 ölkəsindən marketinq və reklam sahəsində minlərlə müsabiqə işləri iştirak edir. Buraya festivalın keçirildiyi Belarus da daxil olmaqla, Rusiya, Fransa, İspaniya, ABŞ, Bolqarıstan, Ruminiya, Ukrayna, Gürcüstan, Azərbaycan, MENA ölkələri və s. ölkələr iştirak edir. 2020-ci ildə White Square yeni bir təşkilat səviyyəsinə yüksəldi və iştirakçı ölkələrin auditoriyası daha da genişləndi. Birinci dəfə iştirakçı ölkələr arasında artıq Çin, Braziliya, Peru, Çili, Kipr iştirak edirdi.

Facemark.az-ın media partnyor olduğu White Square 2021, 9-11 İyun tarixlərində reallaşacaq. 15 Yanvara qədər isə müsabiqədə iştirak üçün ən əlverişli şərtlər qüvvədədir. İşlər onlayn qaydada festivalın saytı üzərindən qəbul edilir, müsabiqə işləri 7 kateqoriya üzrə olacaq.

  • Creativity: Film, Print, Radio & Audio, Outdoor, Integrated, Branded Сontent & Entertainment.
  • Branding: Communication Design, Packaging Design, Digital & Interactive design.
  • Marketing: Brand Experience & Activation, PR, Direct, Innovations.
  • Marketing Effectiveness
  • Media: Channels, Excellence in Media, Media Campaign.
  • Digital: Digital, Mobile, Creative Data.
  • Craft: Film Craft, Print & Outdoor Craft, Excellence in Radio & Audio.

Müsabiqədə jüri kimi öz iştiraklarını təsdiq edənlər arasında aşağıdakı şəxslər vardır:

  • Merlee Jayme, Global President Dentsu Mcgarrybowen;
  • Lili Jiang, Group Creative Director Cheil Worldwide;
  • Corey Cruz, Creative Director Wunderman Thompson Singapore;
  • Markus Daubenbueehel, Managing Creative Director Scholz & Friends və s.

Müsabiqənin qalibləri və finalçıları və digər mükafatçıları haqqında bir sıra ölkələrin ümumilikdə 50-dən çox nüfuzlu nəşrdə tanıtım da əldə edirlər. Bura Avropa, MDB ölkələri, Fransa, Belçika, Almaniya, İspaniya, Portuqaliya, Azərbaycan və s. var. İşgüzar proqramda kommunikasiya sahəsində aktual olan minimum 70 master klass olacaq.

White Square 2021 festivalı üçün 15 Yanvar tarixinə, birinci mərhələyə qədər 2 və daha çox iş təqdim edən iştirakçılar onlayn platformaya daxil olmaq üçün bonus əldə edəcəklər. Burada ötən ilki 75 iştirakçının çıxşlarını izləmək şansı qazanacaqlar.

White Square haqqında saytları və sosial şəbəkələri üzərindən yenilənən məlumatlar əldə etmək olar.

Müsabiqə işlərini hazırlayın, onları sayta yükləyin və White Square-nin qazananı olun!

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün