Apple, AirPods-ları şarj edə biləcək iPhone üzlüklər üçün yeni patent alıb. Bildirilib ki, yeni aksessuarın üç versiyası mövcuddur.


Facemark.az xəbər verir ki, üzlüyün birinci modelində yuxarı hissədə sağ və sol tərəfdə qulaqlıqlar üçün şarj yeri mövcuddur. Onlar smartfonun şarja taxıldığı müddətdə avtomatik olaraq doldurulur.



Başqa, ikinci bir üzlük modelində isə AirPods-lar üçün yuvalar, smartfon kamerasının aşağısında üzlüyün arxa hissəsinə yerləşdirilib.



Üçüncü bir modeldə isə olduqca sadədir, qulaqlıq yuvaları üzlüyün ön hissəsinin yuxarı və aşağı hissəsində yerləşdirilib.



Yeni aksessuarlar və texnologiya üçün patent almaq bunların yaxın zamanda Apple tərəfindən reallaşdırılacağı mənasına gəlmir. Bu qərarlar sonsuza qədər kağız üzərində qala bilər. Ancaq onu qeyd edək ki, telefon üzlüyü vasitəsilə qulaqlıqların şarj edilməsi fikri heç də yeni deyil. Üçüncü tərəf istehsalçılar onsuz da iPhone üçün oxşar aksessuarlar hazırlayıblar.