cümə, 26 fevral 2021

Google fitness cihazları hazırlayacaq: Təkcə bir şərtlə...

224

Google korporasiyası fitness qadjetin istehsalını planlaşdırır, o bu məqsədlə smart-bilərzik və fitness-treker istehsalçı şirkəti olan Fitbit-i satın alıb.

Facemark.az-ın məlumatına görə, bu haqda kompaniyanın bloqunda məlumat verilib.

Razılaşma barəsində 2019-cu ilin noyabr ayından bəri müzakirə edilir. Google və Fitbit antimonopoliya tənzimləyiciləri tərəfindən aparılan uzunmüddətli araşdırmalara görə, razılaşmanın əldə edilməsi bir ildən çoxdur ki, uzadılıb.

Avropa Kommissiyası təklif edilən satın almanın Google-un onlayn reklam bazarında mövqeyini möhkəmləndirəcəyi ilə bağlı təhdidlərlə əlaqədar araşdırma aparıb.

Nəticə olaraq, Amerika şirkəti Fitbit-in data məlumatlarını reklam məqsədilə istifadə etməyəcəyinə dair təminat verib.

Bundan əlavə, şirkət fitness treker istehsalçısının istifadəçi məlumat bazasını reklamla əlaqəli digər xidmətlərindən ayıracaq.

Google-un Cihazlar və Xidmətlər üzrə baş vitse-prezidenti Rick Osterloh, Fitbit ilə işləmək, geyilə bilən geyimlər arasında rəqabəti artıracağını və yeni nəsil cihazları daha yaxşı və daha sərfəli hala gətirəcəyini söyləyib.

Bildirək ki, 2020-ci ildə Apple ən popular ağıllı saat markası oldu. Apple Watch Series 5 satışları üzrə birinci yerə yüksəlib. Fitnes treker arasında popular olan markalar isə Xiaomi olub, qonşu Rusiyada bu markanın ən çox satılan modeli isə - Xiaomi Mi Band 4.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün