6-10 Yanvar dövrü ərzində Signal messencerinin yeni istifadəçilər tərəfindən yüklənməsi 4200% artım nümayiş etdirib.


Facemark.az-ın məlumatına görə, Business Insider nəşrinin yazdığına görə, WhatsApp-ın fevral ayından bəri istifadəçi məlumatlarını Facebook şirkəti ilə paylaşacağı xəbərindən sonra Signal xidmətində bütün dünya üzrə 7,5 milyon yeni istifadəçi qazanıb. App Annie-nin məlumatına, əsasən, Signal çərşənbə günü Google və Apple mağazalarında, ABŞ-da yüklənmələr üzrə lider olub.


Bildirək ki, Signal-dan əlavə, istifadəçilər aktiv bir şəkildə Telegram messencerini də yükləməyə başlayıblar. Xidmətin ötən həftə yükləmə sayı 9 milyona çatdı (son məlumata görə, 25 milyon istifadəçi qazanıb və sayı 500 milyona çatıb), bu isə bir həftə öncəki məlumat ilə müqayisədə 91% çox rəqəm deməkdir. O, cümlədən Telegram-ın istifadəçi sayının artmasına təsir göstərən səbəblərdən biri də Tramp-ın tərəfdarlarının istifadə etdiyi Parel əlavəsini 9 yanvarda Amazon Web Services xidmətindən götürülməsi olub. Xidmət insanları şiddətin yayılmasına çağırış səbəbindən dolayı bloklanıb. Signal və Telegram digər ölkələr ilə müqayisədə Hindistanda daha çox yüklənib.


Business Insider yazır ki, ölkə sakinləri 2,3 milyon cihazda Signal quraşdırdılar ki, bu da yeni yükləmələrin 30%-dən çoxunu təşkil edir. Telegram-ı isə 1,5 milyon insan yükləyib, bu isə bütün yüklənmələrin 16%-ni təşkil edir.


Signal-ın yeni istifadəçilərinin çoxluq təşkil etdiyi ikinci ölkə isə ABŞ olub. Amerikada xidməti 1 milyon dəfədən çox yükləyiblər. Əlavənin belə populyarlıq qazanmasında Elon Musk-ın öz Twitter istifadəçilərini Signal-a dəvət etməsi də olub.


Daha əvvəl məlum oldu ki, WhatsApp 2021-ci il 8 fevraldan başlayaraq öz siyasətində dəyişiklik edəcək. Bildirilirdi ki, xidmət öz istifadəçilərinin məlumatlarını ana şirkəti olan Facebook ilə paylaşacaq. Bu ABŞ-da Telegram-ın populyarlığının kəskin artmasına təsir göstərə bilər.