Bu həftə YouTube striminq platforması üzərindən kontentin axtarışı ilə bağlı yeni imkanlar təqdim edib. Burada video və kanalların sayına görə, həştəqin populyarlığını da qiymətləndirə bilərsiniz.


Facemark.az-ın məlumatına görə, daha əvvəl istifadəçi həştəqi axtarış yerinə əlavə etdikdə, açar həştəqi özündə ehtiva edən çarx və yaxud tövsiyələr ortaya çıxırdı.


Ancaq indi həştəq vasitəsilə axtarış etdikdə, sırf axtarmaq istədiyiniz video kontenti əldə edəcəksiniz. Yeni funksiya, həm desktop, həm də mobil qurğularda mövcuddur.



Qeyd etmək lazımdır ki, axtarış nəticələri ən popular olan videoları TOP-da nümayiş etdirir. Axtardığınız kontenti tapmaq üçün istənilən sözün qarşısına # simvolunu əlavə etmək və ya www.youtube.com/hashtag/[yourtermhere] bağlantısını istifadə etmək olar. Bu yolla, istifadəçilərin əhatə dairəsi genişlənəcək. Bildirilir ki, YouTube, platformaya video yükləyən zaman həştəqlərdən istifadə edilməsini məcburi tələb kimi qoyacaq.