YouTube 2020-ci ilin sonunun ən parlaq trendləri haqqında özünün analitik məlumatını paylaşıb. Pandemiya və TikTok kimi qısa videoların mübadiləsi əlavələrinin xidmətə təsiri olub, ona görə də özünün platforması olan Shorts formatını təqdim etdi.


YouTube analitiklərinin hesabatlarında qeyd etdikləri dəyişikliklər isə belədir:


1. Kontentin yeni yaradıcıları: 2020-ci ildə 2029-cu illə müqayisədə 95% daha çox yeni kanal ortaya çıxıb. Eyni zamanda, müəlliflər hekayələri kimi də müxtəlif olurlar. İstifadəçilərin 47%-i favori bloggerlərinin videolarını tək bir janra aid etməkdə çətinlik çəkirlər. Getdikdə, insanlar deyil, heyvanlar və virtual personajlar kameralar qarşına gəlirlər.


2. Cəmiyyətlər: Aprel ayında Trevis Skott Fortnite oyununda pulsuz bir onlayn konsert təşkil etdi. Eyni zamanda, bir çox istifadəçi konsertə tək başına qatılmamağı, əksinə onların sevdikləri favori bloggerlərin konserti necə ziyarət etdiklərini izləməyə üstünlük verib. Karantində paylaşılan kontentlərə maraq xeyli sayda artım nümayiş etdirib. Hər şey oyunlar ilə başladı, daha sonra idman və musiqi ilə davam edib. Bloggerlər tez-tez auditoriyanın onlara qoşulmağını istədi. Məsələn, onları “kresol”dan qalxaraq, idman hərəkətləri etməyə dəvət etdilər. Araşdırmalara görə, YouTube istifadəçilərinin 58%-i canlı yayımlara özlərini daha böyük bir tədbirə qatılmaq hissini yaşatmaq üçün qoşulur. 2021-ci ildə platformada cəmiyyət yaratmaq və onları storitellinqə dəvət etmək trenddə olacaq.


3. Adaptasiya: Dünya dəyişdi, amma YouTube insanları bu dəyişikliyə adaptasiya olmaq üçün təşviq etdi. Karantindən dolayı barlar bağlandı, ancaq YouTube müəllifləri özlərinin virtual video barlarını yaratdılar. Ayrı-seçkilik məsələsi daha da kəskinləşdi. İstifadəçilərin 48%-i fərqli fikirləri dinləmək üçün platformadakı videolara müraciət etdilər. 2020-ci ildə YouTube istifadəçilərinin 82%-i tək başına nəsə etmək üçün buradakı videoları izlədi. 52%-i isə problemlərdən azca da olsa uzalaşmaq üçün komediya verilişlərinə baxdı.


4. Texnologiyanın mənimsənilməsi: Özünütəcrid bir çox insanı texnologiya ilə üz-üzə qoydu. Onlar xarici ailəm ilə ünsiyyətdə olmaq üçün texnologiyanın verdiyi imkanları mənimsəmək məcburiyyətində qaldılar. Platformada evdə çəkilişlərin necə aparılmasına dair çoxsaylı videolar göründü. Ən maraqlısı smartfon ilə çəkilən videolar belə TOP-a çıxa bilirdi. Görünür, indi özünü milyonların qarşısında ifadə etmək çox asandır.


5. Mədəni hadisələr: Diqqət çəkən məqamlardan biri də BabyShark videosunun baxış sayına görə birinci pilləyə yüksəlməsi, şahmata marağın artması, AmongUs, saksafonçu Saxsquatch, platformada yaşlı bloggerlərin sayının artması, özünütəcrid, iqtisadiyyat, ASMR və canlı yayımlar olub.