şənbə, 24 iyul 2021

LinkedIn-də iş tapmaq


İlkin Mirzəzadə


744   15

LinkedIn-də iş tapmaq?!

Bəlkə də çoxunuza qəribə gələ bilər bu proses. Sizə bir şey deyim? - Bu mümkündür!

Hətta Azərbaycanda. Bəli, bu tamamilə mümkündür. Artıq müasir İnsan Resursları nümayəndələri öz namizəd seçimlərində LinkedIn-ə hədsiz üstünlük verirlər. LinkedIn iş dünyasının ayrılmaz bir parçasıdır.

LinkedIn-də iş tapa bilərsiz, hətta sizə lazım olan namizədidə bu platforma üzərindən axtarıb tapmaq mümkündür. LinkedIn-də iş tapmazdan əvvəl bu platformanın ciddiliyini dərk etmək vacibdir. Bu platforma digər sosial şəbəkələrdən hədsiz fərqlənir. Ona görə bəzi xırda, amma həyati əhəmiyyətli qaydalara diqqət yetirməyiniz vacibdir ki, siz bu platformanın üstünlüklərindən tam şəkildə istifadə edəsiniz. Bu məqamlar hansılardır? Gəlin, nəzər yetirək.

1) LinkedIn profil şəkli biznes stilli olmalıdır. Heç olmamağı doğru deyil. Şəkillər qoyarkən də diqqət yetiriləsi məqamlar kifayət qədərdi:

  • Şəkil biznes stilli olsun;
  • Şəkildə gülürsünüzsə, daha çox gülümsədiyiniz fotoları yerləşdirin;
  • Toy şəkli, selfi kimi şəkillər olmasın;
  • Oğlanlar səliqəli geyimdə olsun, qızlara isə qısa yubkada şəkil qoyulması tövsiyə olunmur.

2) Profilinizi ingiliscə etməyiniz məsləhətlidir. Siz Azərbaycana xitab edirsizsə çox dar ixtisaslaşmanız olacaqdır. Xarici şirkətlərin Azərbaycan nümayəndəliklərində və ya xaricdə karyera qurmaq istəyirsinizsə, mütləq ingiliscə profil yaradın.

3) İşlədiyiniz yerlərdə olan vəzifə öhdəliklərinizi qeyd edin.

4) Mütəmadi bağlantılarınızda olan şəxslərə rəylər yazın, əlaqələr qurmağa çalışın.

5) Dəyərli sertifikatlarınız varsa, bunları mütləq qeyd edin. İşə qəbul mütəxəssisləri bu kimi amillərə çox diqqət yetirir.

6) LinkedIn aktivliyinizi qoruyun. Mütəmadi ixtisasınızla əlaqəli postlar paylaşın.

LinkedIn-də etməyin:

1) Siyasi, dini paylaşımlar;

2) Mənasız müzakirələr;

3) Tətil şəkilləri;

4) Açıq-saçıq şəkillər;

5) Təhqiredici statuslar.

LinkedIn-də iş axtarmağa bir proses kimi yanaşın. Çox güclü profilinizin olmağı sizi 1-0 öndə tutacaq.

İş axtarışında hər birinizə uğurlar diləyirəm!

İlkin Mirzəzadə, İR mütəxəssis.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik