Tinder Taylanda yeni istifadəçilər cəlb etmək üçün öz ənənəvi mövqeyini dəyişdirməli olub, yəni burada münasibət deyil, dostluqlar da qazanmaq olar.


Facemark.az xəbər verir ki, platforma adıçəkilən ölkədə Friends With Other Benefits (Başqa mənfəətləri olan dostlar) adlı yerli bir kampaniyaya başlayıb.


Tez-tez istifadəçilər tərəfindən yaradılan anketdə FWB - Friend With Board Game (Masa oyunları üçün dost), başqa bir popular abbreviatura ONS - ONS (One Night Stand - Bir gecəlik görüş), daha aydın izah etsək, şəhər kafelərinin birində gecə görüşü nəzərdə tutulur.


Tinder-in belə bir kapmaniyaya başlamağının səbəbi bazar araşdırması olub. Məlum olub ki, Z nəslinə aid olan taylandlılar birinci həftədən platformaya qoşulub, sürətli bir şəkildə irəliləyən münasibət axtarışında deyillər. Ona görə də, bu onların platformadan uzaqlaşmasına səbəb olur. Araşdırma göstərib ki, başqa bir tərəfdən bu nəslin nümayəndələri təkcə platformadan romantik görüşlər üçün deyil, yeni partnyorların axtarışı üçün də maraqlı olduqlarını göstərib.


Reklam filminin hazırlanmasında isə Wunderman Thompson agentliyi iştirak edib. Agentliyin direktoru deyib ki, 2021-ci ildə platforma istifadəçilərinin maraq dairələrinə görə dost tapmalarına, istifadəçilərin hobbilərinin genişləndirməsinə dəstək olmalı, həyat sevgisini artıracaq partnyorlar qazanmasına kömək olmalıdırlar.