Pandemiyadan dolayı ötən il təxirə salınan Cannes Lions beynəlxalq yaradıcılıq festivalı bu il sektor ilə offlayn mühitdə yenidən görüşməyə hazırlaşır.


Facemark.az-ın məlumatına görə, təşkilatçıların fikrincə, Covid-19 vaksinasiyası ilə bağlı olaraq daha çox insan festivalda iştirak etmək istəyəcək.


Ona görə də, 2021-ci ildə təşkilatçılar festival və mükafat mərasimini əvvəlki illərdə olduğu kimi iyunun üçüncü həftəsində üz-üzə keçirməyi planlaşdırır.


Mövzu ilə bağlı açıqlamalarında deyiblər ki, hazırda festival müraciətlərə açıqdır. Münsiflərin dəyərləndirilməsi və təqdimatlar isə Cannes şəhərində, festival çərçivəsində üz-üzə reallaşdırılacaq.


Cannes Lions İdarə Heyəti rəhbəri Phillip Thomas deyib ki, “hazırda səyahət məhdudiyyətləri olsa da, vaksin məsələsində inkişaf, az ziyarətçi ilə olsa da, iyunda yenidən bir araya gəlmək üçün ümid verir”.


O, bildirib ki, onlar vəziyyəti yaxından izləyəcəklər və qlobal sektor ilə dioloq içərisində olacaqlar.