WhatsApp, 8 fevral 2021-ci ildə qüvvəyə minəcək yeni məxfilik siyasəti ilə bağlı olaraq tələsməməyə qərar verib.


Facemark.az-ın məlumatına görə, WhatsApp-dan deyilib ki, onlar narazı istifadəçilərdən çoxsaylı mənfi rəy əldə ediblər.


Birinci növbədə messencerin nümayəndələri istifadəçiləri inandırmağa çalışdılar ki, onların yenilənməsi nəticəsində Facebook şirkəti istifadəçi mesaj, kontakt siyahısını əldə etməyəcək. Ancaq stiuasiya dəyişməz olaraq qaldı. İstifadəçilər kütləvi şəkildə WhatsApp-dan Signal və Telegram-a üz tutdular. Bu, “BÖYÜK KÖÇ”Ü dayandırmaq üçün messencerin nümayəndələri məxfilik ilə bağlı yeni qaydaları daha 3 ay uzatmaq qərarına gəldilər.


WhatsApp-ın rəsmi səhifəsində bu haqda belə deyilir:


Şərtlərimizin istifadəçilərimiz tərəfindən nəzərdən keçirilməsi və qəbul edilməsi müddətini uzatmaq qərarına gəldik. 8 Fevralda kimsənin hesabını bloklamaq və ya silmək niyyətində deyildik.


Bundan əlavə, WhatsApp-da məxfilik və ünsiyyət təhlükəsizliyi prinsipləri barədə yalan xəbərləri aradan qaldırmaq üçün fəal iş aparmağı planlaşdırırıq. Bundan sonra tədricən istifadəçilərimizi şirkətlər üçün yeni imkanların ortaya çıxdığı 15 May tarixinə qədər yeni siyasəti nəzərdən keçirməyə dəvət etməyə başlayacağıq.


WhatsApp-dan deyiblər ki, ünsiyyətin təhlükəsizliyi onlar üçün hər şeydən üstündür. Platformanın rəsmi açıqlamasında deyiblər ki, ucdan uca şifrələnmə sayəsində nə WhatsApp, nə də Facebook istifadəçilərin yazışmalarına, lokasiyalarına daxil ola bilmirlər.


Ancaq bildirək ki, Telegram platformasının yaradıcısı Pavel Durov isə tamamilə fərqli fikirdədir.