Qastronomiya sənayesi pandemiyada ən çox zərər görən sahələrdən biri idi. Restoranlar işi davam etdirmək üçün yeni konsepsiyalara müraciət edib. DarkKitchen açıldı, çatdırılma ilə bağlı daha yaradıcı işlər görüldü, yeni auditoriya qazanmaq üçün rəqabətcil olmayan markalar ilə əməkdaşlıq edildi və s. Ancaq pandemiyadan öncə daha az insan istehlakçını sorğularına nəzər yetirirdi. Aşağıdakı məqalədə pandemiyanın sonra restoran biznesinə və istehlakçı davranışlarına gətirdiyi yeniliklər və 2021-ci ilin gözləntiləri haqqında danışacağıq.


Faydalı və təbii


Amerika şirkəti olan Archer Daniels Midland Co pandemiyanın istehlkaçı davranışlarına necə təsir etdiyinə dair bir araşdırma aparıb. Davranışa təsir edən əsas amillərdən bəziləri belə idi, stress və narahatlıq səviyyəsini azaltmaq, prioritetləri dəyişdirmək, sağlamlığa bütöv bir yanaşma. Restoran biznes sahibləri təbii məhsullardan hazırlanan, aktiv mikroelementlər ilə zəngin və immun sistemini dəstəkləyən qidalara üstünlük verməlidirlər. Restoran biznesini idarə edən şəxslər, əlbəttə ki, insanların sağlam qidalanma ehtiyaclarını hiss edirlər. Müvafiq yeni variantları, həm restoran menyusuna, həm də müəssisələrin özlərinə təqdim edirlər. Market format aktualdır, burada restoran üçün aktual olan təzə və təbii məhsulları almaq mümkündür.


Stressin aşağı salınması


Danılmaz bir faktdır ki, 2020-ci ildə insanlar arasında stress səviyyəsi əhəmiyyətli bir dərəcədə artıb. Yasno onlayn psixoterapiya xidmətinin məlumatına görə, 2019-cu ilin dekabrından 2020-ci ilin mart ayınadək narahatlıq ilə bağlı zənglərin sayı 18%, stress şikayətləri isə 8,5% artım nümayiş etdirib. Bunun hansı faktorlar ilə bağlı olduğu vacib deyil. Bu koronavirus pandemiyası və onun nəticələri, aşağı əmək haqqı, yaxınlarının virusa yoluxma qorxusu, böhran və s. ola bilər. Vacib olan stress ilə mübarizə aparan zaman onların özlərini rahat hiss etmələrinə kömək edən həllərdən istifadə etməkdir. Restoran konseptləri bunu tamamilə fərqli bir formatda istifadə edə bilər. Qonaqlar və ya şirkətin ziyarətçi işçiləri üçün ayrıca otaqlar, sakitləşdirici musiqi və ya mantra, tərkibində xüsusi maddələr ilə xüsusi bir stress əleyhinə menyunun tətbiq edilməsi və s.


Fast casual formatına olan tələbin artımı


2020-ci ildə pandemiyadan dolayı restoran və kafelərdən çatdırılma tələbində ciddi bir artım müşahidə edildi. RBK-nın bazar araşdırmasına görə, 2020-ci ilin sonunda hazır qida çatdırılma xidmətinə tələb, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 47%-lik rekord bir böyümə gözləyir. Hazır qidalardan istifadə etmək insanların vərdişlərə gətirib çıxarıb. Bu tendensiya onu göstərir ki, restoran və kafelərdə fast casual format gündəmdə olacaq.