Müstəqil oyun istehsalçısı Maks Qarkaviy pulsuz onlayn oyun olan 2020 Game-i hazırlayıb. Onun sözlərinə görə, oyun çılğın 2020-ci ilə həsr edilib.


Facemark.az-ın məlumatına görə, Arcade 2020-ci ilin əsas hadisələrini yenidən xatırlatmağa çalışaraq Avstraliyadakı meşə yanğınlarından tutmuş, ABŞ-dakı prezident seçkilərinə qədər bəhs edib.


2020 Game – bu birbaşa brauzerin içərisində çalışan, Super Mario oyunundan ilham alan, sadə sayd-skrollerdir. Oyunu oynamaq üçün smartfonun ekranına vurmaq, yaxud da klaviaturadakı oxlardan istifadə etmək olar. Məsələn, oyun ərzində koronavirusdan yayınmaq, supermarketdə səbətlərin üzərindən atlamaq, yaxud da dəyəri olmayan neft bareli toplamaq olar.


2020 Game-in mini səviyyələri özündə ötən ilin bir çox əsas hadisələrinə və trendlərinə referans verir. Məsələn, fond birjalarında baş verən çöküşdən, tualet kağızına olan kəskin tələbdən, 5G-nin koronavirusu yaydığına dair əfsanələrdən və Amerika cəmiyyətinin qaradərili insanların haqlarını müdafiə edən Black Lives Matter ictimai hərəkatından bəhs ediblər.