Nyu-York şəhər meri Bill de Blazio, deyib ki, ötən həftə Kapitoli (ABŞ Konqresi) üsyanından sonra, şəhər ölkənin sabiq prezidenti Tramp-ın ailəsinə məxsus olan The Trump Organization ilə olan 3 müqaviləsinə son qoyub.


Facemark.az-ın məlumatına görə, bu haqda MSNBC telekanalına açıqlamasında yanvarın 13-də Blazio deyib.


Blazio açıqlamasında deyib ki, şirkət və onun rəhbərliyi ABŞ hökumətinə qarşı insanları üsyana təhrik etdiklərindən dolayı, şirkət ilə qüvvədə olan əməkdaşlıq dayandırıla bilər. Blazio düşünür ki, Tramp da ABŞ hökumətinə qarşı, beş nəfərin ölümü ilə nəticələnən üsyan qaldırıb.


The Trump Organization-ın Nyu-York şəhəri ilə olan əməkdaşlıq müqaviləsinin dəyəri isə 17 milyon dollar idi. Şəhər Mərkəzi Parkda karusellərin, iki popular buz meydançasının və Ferry Point qolf sahəsinin işlədilməsi ilə bağlı olan üç müqaviləsini ləğv edəcək.


Bloomberg isə 12 yanvardakı açıqlamasında deyib ki, Deutsche Bank və Signature Bank Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti ilə əməkdaşlıqdan imtina edib.


6 Yanvar Çərşənbə günü Trump tərəfdarları bir nümayişə toplaşaraq Kapitoliyə basqın etdilər və Joe Biden-in qalib gəldiyini iddia edən Konqresin ortaq iclasını dayandırdılar.


ABŞ Konqresindəki Demokratiya Partiyası isə Donald Trampı Nümayəndələr Palatasında üsyan qaldırmaq və hakimiyyətin konstitusiya ötürülməsini pozmağa cəhd ilə günahlandırmağa hazırlaşır.


ABŞ hakimiyyətinə olan bir çox rütbəli şəxslər, bura təhsil naziri və nəqliyyat naziri də daxil olmaqla, Donald Trampın hərəkətlərinə və Kapitolidə olan iğtişaşlara etiraz olaraq istefa verdilər.