2020-ci il AdAsia üçün Yaradıcılıq və peşəkarlıq üzrə yubiley, 10-cu reytinqi oldu. 10-cu dəfə Mərkəzi Asiya (Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan) və Azərbaycanın reklam və kommunikasiya agentliklərinin ən yaxşılarının reytinqini hazırladıq. Reytinqi tərtib edən zaman, 2020-ci ildə kreativ reklam agentlikləri, brendinq stusiyasi, dizayn büroları, Digital, SMM, PR və BTL agentlikləri, prodakşn studiyalarının beynəlxalq festivallardakı yaradacılıq, peşəkarlıq üzrə işlərinin nəticələri qiymətləndirilib.


Necə deyərlər, 2020-ci il o cümlədən reklam bazarı üçün də asan olmadı. Koronavirus epidemiyası dünya sənayesində ciddi bir böhrana səbəb oldu, eyni zamanda bu Azərbaycan və qonşu ölkələrdən də yan keçmədi.



Bəzi agentliklər özlərinin fəaliyyətini minimallaşdırdılar, əməkdaşlarının sayını və maaşlarını nəzərəçarpacaq dərəcədə azaltdılar, Bazarın ən yaşlı və tanınmış bir çox bazar oyunçuları geri çəkilməli oldular.


Bizə daxil olan məlumata görə, Leo Burnett Kazakhstan agentliyi özlərinin fəaliyyətini dayandırmaq məcburiyyətində qaldılar. Bir neçə il əvvəl olduğu kimi, Qazaxıstanda ilk açılan agentliklərdən biri olan


Tengri Saatchi& Saatchi da fəaliyyətini dayandırdı. Onlar beynəlxalq agentliklərin yerli nümayəndələri idi və bazarı öyrədən və inkişaf etdirən də onlar olsa da, pandemiya zamanı bağlandılar.


Digər tərəfdən 2020-ci il bəzi agentliklər üçün inkişaf və artım üçün uğurlu bir il olaraq yadda qaldı. Bu il təkcə agentliklər deyil, yaradıcılıq festivalları da məsafəli çalışma sistemini yoxladılar. Bir çox festivalın keçirilməsi, növbəti ilə kimi təxirə salındı, bir başqaları isə onlayn keçirildi. Bəziləri sadəcə internet üzərindən canlı yayımlandı, bir başqaları jüri heyəti və mükafatlandırma ilə də təmsil olundu.


Hər halda festivalların dayanmaması, agentliklərin karantin və böhran şəraitində yeni həll yolları tapması yaxşıdır, gəlin, ümumi bir nəticəyə nəzər salaq.


Ən vacib xəbər odur ki, reytinqdə iştirak edən iştirakçı agentliklərin sıralanmasında ciddi bir dəyişiklik baş verib. Əvvəlki lider, Qazaxıstanın Ra Kombinat agentliyi 1-ci pilləni tərk edib, onun əvəzinə isə lider Özbəkistanın bendinq agentliyi MA'NO branding qərarlaşıb. 2019-cu ildə o reytinqin üçüncüsü olsa da, bu il birinci pilləyə yüksələ bilmişdi. Layiq olduğunuz qələbə münasibətilə təbrik edirik!


GForce/GreyQazaxıstan son 7 ildə TOP-da olub, 3 dəfə 1-ci pilləyə yüksəlib, 2020-ci ildə isə reytinqin 2-cisi olub.


İlk dəfə Azərbaycandan bir agentlik reytinqin 3-cü pilləsinə qədər yüksəlib. Bu Endorphin reklam agentliyidir. O, 2019-cu ildəki 8-ci pillədən 3-cü pilləyə yüksəlib. Afərin, belə davam edin!


TBWA \ CAC \ Tashkent (Özbəkistan) 2019-cu ilin 2-cisi olan agentlik, 2020-ci ildə 4-cü olub. Yeni gələn agentlik Qırğızıstanın ASBO studiyası isə birdən birə 5-ci pilləyə yüksəlib.


Ümumiləşdirsək, AdAsia-nın kreativlik üzrə reytinqinin TOP 5-liyinə beş ölkədən olan agentliklər düşüb: Özbəkistan, Qazaxıstan, Azərbaycan və Qırğızıstan.


Bu hal reytinqdə ilk dəfədir ki, baş verib, belə ki, daha əvvəllər reytinqin əsas yerləri uğrunda Qazaxıstan və Özbəkistan agentlikləri mübarizə aparırdı.


Reytinqin liderləri arasında bir çox ölkədən qaliblərin olması çox sevindiricidir.


Ümumilikdə 2020-ci ildə reytinqdə 27 iştirakçı qatılıb. Bunun üçün onların 1-dənə də olsa, reklam festivalında mükafatı olmalı idi. 2019-cu ildə isə onların sayı bir qədər çox idi, cəmi 33.


Bu çətin böhran dövründə öz peşəkarlıq-professionalizm, yaradıcılıq və cəsarətlərini göstərən bütün agentlikləri təbrik edirik!


2021-ci ildə hər kəsə dincəlməməyi, ehtiraslarını itirməməyi, böyüməyi və hədəflərinə çatmaq üçün davamlı çalışmağı və gözəl işlər ortaya qoyub, böyük reklam festivallarında qalib olmağı arzu edirik!


Yaradıcılıq üzrə 2019-cu ilin qaliblərinə BURADAN, ondan öncəki ilin qaliblərinə isə BURADAN baxa bilərsiniz.


AdAsia 2020-ci ildə agentliklərin yaradıcılıq və bacarıqlarını qiymətləndirən qaydalar ilə tanış olmaq üçün BURA klik edə bilərsiniz.