Türkiyənin informasiya və kommunikasiya texnologiyaları idarəsi Twitter, Periscope və Pinterest-in ölkədə rəsmi nümayəndələrini təyin etməyincəyə qədər, yeni reklam müqavilələri bağlamağı qadağan edib.


Facemark.az-ın məlumatına görə, bu haqda Reuters-in xəbərində deyilib.


Türkiyənin yeni sosial media haqqında qanununa görə, adıçəkilən platformalarda reklam yerləşdirmək qadağandır. Qanun pozuntusuna görə, reklamverənləri 1 milyon türk lirəsi (təxminən 135 min dollar) cərimə gözləyir. Twitter, Facebook və Pinterest hər biri onsuz da 30 milyon lirə cərimələnib, təxminən 4 milyon dollar. Xidmətlər kontent ilə operativ şəkildə işləmək üçün dərhal Türkiyədə, türk vətəndaşı olan bir nümayəndə təyin etməlidirlər. Tələblərə uyğun gəlməyən şirkətlər rabitə ötürmə qabiliyyətinin 90%-ə qədərini itirmək riski ilə üzləşirlər.


Daha öncə Facebook və YouTube rəsmilərə müraciət etməyə və ölkədə türk vətəndaşı olan nümayəndə təyin etməyə qərar veriblər. Bundan əvvəl isə Facebook, YouTube və Twitter ölkənin yeni qaydalarına tabe olmadığı üçün pul cəzası almışdı.