2020-ci ildə Çində digital reklamdan gələn gəlir 23% artım nümayiş etdirib.


Facemark.az-ın məlumatına görə, The Drum R3 China Media Inflation Trends Repor-a istinadən xəbər verib ki, buna səbəb marketoloqların pandemiya zamanı qısa video çarxlara, e-com, sosial şəbəkələrə investisiyası olub.


Pandemiya böhranına baxmayaraq, 2020-ci ilin сi ilin I və III rübündə media xərcləri 15% azalmağa başlayıb.


Hesabatda deyilib ki, Çinin IT şirkətləri olan Baidu, Alibaba və Tencent ötən il bazarda özlərinin təsirlərini 65%-dən 69%-a yüksəldib.


2020-ci ildə ən sürətlə böyüyən media sahələri isə KOL-marketinq (Key Opinion Leader) – influencerlərin köməyi ilə məhsulların tanıtımını həyata keçirmək və performance media investment olub. Kontent sosial ticarət yolu ilə əlaqəni və geridönüşləri artırmaq üçün marketoloqların əsas fokusu olub. Qısa video reklam gəlirləri isə ötən il digital reklam gəlirində e-ticarəti 39% üstələyib.


Ekspertlər proqnozlaşdırırlar ki, 2021-ci ildə mobil internet Çində IT trafikin 17%-ni əhatə edəcək. Bu mobil trafikin 2016-cı ildən bu yana 56% artdığını göstərir.


Analitiklər bu il də Çinin mərkəzi televiziya və peyk şirkətlərinin oxşar reklam qiymətlərinə sahib olacağını gözləyirlər. Yerli televiziya kanalları isə reklamçılara tamaşaçıların azalması səbəbindən aşağı qiymətlər təklif etməyə başlayacaq. Nəticədə, marketoloqlar ənənəvi televiziya reklamlarına investisiya qoymaq əvəzinə, getdikcə rəqəmsal video reklamlara müraciət edəcəklər.