Leykers klubunun basketbolçusu Lebron Ceyms (LeBron James) PepsiCo şirkəti ilə əməkdaşlıq etməyə hazırlaşır. O, çox güman ki, yeni içki Mountain Dew “Rise Energy”nin siması olacaq.


Facemark.az-ın məlumatına görə, bu haqda Front Office Sports xəbər verib.


Bundan başqa, mənbənin nəşrə bildirdiyinə görə, Ceyms flaqman içki olan Pepsi Cola-nın siması ola bilər. Ceyms 2003-2020-ci illər ərzində Coca-Cola içkilərinin rəsmi üzü olub, mütəmadi olaraq Sprite və Powerade reklamlarında görünüb. 2014-cü ildə şirkət ona özünün firma içkisi olan Sprite 6 Mix-ı hədiyyə etdi, üzərində isə LeBron James-in imzası var idi.



Coca-Cola-nın isə mətbuat xidmətindən deyiblər ki, tərəflər arasında müqavilənin müddəti 2020-ci ilin sentyabrında başa çatıb, ancaq müqavilənin müddətinin uzadılması haqqında hər-hansı qərar qəbul edilməyib.


2015-ci ildə PepsiCo şirkəti, Coca-Cola-nın əvəzinə NBA və WNBA rəsmi partnyoru olub. Ceyms, Mountain Dew markasının rebrendiqi üçün ulduzlar komandasına qoşulacaq.


Lebron Ceyms dünyanın ən popular endorserlərindən (müqavilə əsasında bir şəxsin müəssisənin məhsul və xidmətlərindən istifadə etməsi və onu tanıtması) biridir, o Maykl Cordan və Tayqer Vudsun yolunu davam etdirir. 2015-ci ildə Nike ilə 1 milyard dollar dəyərində ömürlük bir müqavilə imzalayıb.