cümə, 26 fevral 2021

Tesla, Elon Musk-ı sosial şəbəkələrdə müdafiə edən işçi axtarır

244

Elektrik mühərrikli avtomobil istehsalçısı Tesla özünün saytında ştatlı işçi axtardıqlarına dair vakansiya paylaşıb. Bildirilib ki, mütəxəssis CEO-ya tabe olacaq, sosial şəbəkələrin inkişafı, müştəri dəstəyi məsələləri ilə məşğul olacaq.

Facemark.az-ın məlumatına görə, Futurism yazır ki, başqa sözlə qəzəbli müştərilər ilə düzgün bir iş aparın və Elon Musk-ın imicini sosial şəbəkələrdə qoruyun.

Mütəxəssis vəzifəsini onlayn idarə edəcək, ondan çağrı mərkəzində 1 illik iş təcrübəsi, qeyri-standart düşünmə bacarığı, təşəbbüskarlıq, kritik problemləri həll etmək bacarığı və komanda oyuncuşu olmaq tələb edilir.

Nəşr yazır ki, Tesla-nın 2020-ci ilin oktaybrında dağılmış olan PR komandası olmadan, mütəxəssisin Elon Musk-ın sosial şəbəkələrdəki “bəlli olmayan davranışlarını” idarə etmək olduqca çətin olacaq. Bundan sonra müştərilər və KİV Musk-a Twitter üzərindən suallar verməyə başlayıblar.

Məsələn, Musk 2019-cu ildə speleoloq Vernon Ansvorta qarşı ittihamlar ilə dolu tvit atmışdı, məhkməyə verilmiş, lakin daha sonra bəraət əldə etmişdi. 2018-ci ildə isə ABŞ-ın Qiymətli Kağızlar Üzrə Kommissiyası Musk-ı tvitinə görə, 20 milyon dollar cərimə etmişdi. Buna səbəb isə Musk-ın Tesla-nın birjanı tərk etməsi və Musk-ın onları bazarı yanıldan məlumat paylaşması ilə bağlı ittihamı olmuşdu.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün