LG Electronics smartfon biznesinin satışı, bağlanması və ixtisarı ilə bağlı variantları nəzərdən keçirir.


Facemark.az-ın məlumatına görə, şirkətin rəhbəri Kvon Bonq-Sok (Kwon Bong-Seok) öz əməkdaşlarına deyib ki, qlobal mobil cihaz bazarında rəqabət kəskin artıb, ona görə də LG məntiqli bir qərar verməli və ən yaxşı variantı seçməlidir.


O, deyib ki, alınan qərardan asılı olmayaraq, ixtisara düşmə ehtimalı olan iş yerlərinin qorunması ilə məşğul olacaq. Məktubu ilk oxuyan isə The Korea Herald nəşri olub. Daha sonra isə LG sənədin doğruluğunu The Verge nəşrində çalışan jurnalistə təsdiq edib. Eyni zamanda, şirkətin nümayəndəsi bildirib ki, işin gələcəyi ilə bağlı yekun qərar hələ ki təsdiq edilməyib.


LG-nin smartfon bölməsinin bağlanması ilə bağlı şayiələri çoxdandır ki, yayılmışdı. KİV-in əldə etdiyi məlumata, əsasən, LG bu biznesdə çalışan işçilərinin 60%-ni başqa bir bölməyə və ya törəmə şirkətinə köçürmək niyyətindədir. 2019-cu ildə isə kompaniya büdcəli telefon istehsalını autsorsinq vasitəsilə həyata keçirib. Eyni zamanda, LG smartfon bölməsinin bağlanması barədə şayiələri rədd etdi və istehsal səmərəliliyini artırmağa və zərərli işin xərclərini azaltmağa çalışdığını bildirdi.


Smartfon istehsalı 2015-ci ilin II rübündən bəri gəlirsiz qalır. Son beş ildə bu sektor üzrə itkilər 5 trilyon koreya vonu (4,5 milyard dollar) təşkil edib. IDC-nın məlumatına görə, 2020-ci ilin üçüncü rübündə bazarın liderləri Samsung, Huawei, Xiaomi, Vivo və Apple olub. Qalan markalar dünya smartfon bazarının yalnız 29%-ni təşkil edir.