Striminq xidməti Netflix bütün dünya üzər 200 milyon abunəçi sayını keçib.


Facemark.az xəbər verir ki, bu haqda The Verge nəşri yazıb.


2020-ci ilin dördüncü rübündə artım 8,5 milyon nəfər olub, bu isə ekspertlərin proqnozlarını üstələyib.


Netflix-dən isə proqnoz edirlər ki, 2021-ci ilin birinci rübündə yeni abunəçilərin sayı 6 milyon nəfər olacaq-bu isə ötən ilki 15,8 milyon nəfərdən nəzərəçarpan dərəcədə aşağıdır. Daha sonrakı sürətli böyümə isə pandemiyada karantindən dolayı idi. 2020-ci ildə şirkətin xalis mənfəəti 2,76 milyard artım göstərib, 2019-cu ilin anoloji dövründə isə 1,87 milyard dollar idi. Gəliri 25,00 milyard dollar olub, 2019-cu ildə isə 20,16 milyard dollar.


19 yanvarda hesabatın yayımlanmasından sonra, şirkətin səhmlərinin dəyəri 12,2% artım nümayiş etdirib. Netflix rəhbərliyinin sözlərinə görə, indi kompaniyanın cari xərcləri ödəmək üçün xaricdən maliyyə cəlb etməsinə ehtiyac yoxdur.


Netflix-in ən popular layihələrindən biri 2020-ci ilin oktyabrında reallaşdırılan şahmat vunderkindi haqqında olan Queen's Gambit serialı olub. Təkcə birinci 28 gündə onu 62 milyon nəfər izləyib. Şou 92 ölkədə TOP 10-a düşüb, onlardan 63-də isə birinci yerdə qərarlaşıb.