cümə, 26 fevral 2021

2021-ci ildə Cannes Lions festivalında jüri heyətinin 57%-i qadınlar olacaq

286

Cannes Lions beynəlxalq yaradıcılıq festivalı 2021-ci ilin iyununda ən mükəmməl işləri müəyyən edəcək jüri heyətini təqdim edib. Pandemiyadan dolayı mükafatlandırma mərasimi təxirə salındığı üçün jüri heyəti iki il içində olan işləri dəyərləndirəcəklər.

Facemark.az xəbər verir ki, bu il Cannes Lions festivalında jüri heyətinin 16-sı qadınlardır.

Bu da bütün jüri heyətinin 57%-ni təşkil edir ki, nəticə bütün festival tarixində ən yüksək göstəricidir. Məsələn, Netflix-in marketinq direktoru Bozoma Sen Con Glass: The Lion for Change kateqoriyasında jüri heyətinə rəhbərlik edəcək.

Sənayenin simasını dəyişdirəcək işləri dəyərləndirəcək Titanium Lion kateqoriyasında jüri heyətinə FCB-nın kreativ direktoru Syuzan Kredl başçılıq edəcək.

Bundan başqa, qadınlar aşağıdakı kateqoriyada olan jüri heyətinə rəhbərlik edəcək. Məsələn, Print & Publishing Lions (Leo Burnett qlobal marketinq direktoru Liz Teylor), Radio & Audio Lions (Dentsu Mcgarrybowen qlobal prezidenti Merli Ceymi), Digital Craft Lions (Stink Studios icraçı direktoru Ceks Ostl-İvans ), Film Craft Lions (kinoprodüser, Prettybird-in yaradıcılarından biri Kerstin Emhoff), Brand Experience & Activation Lions (kreativ direktor Havas UK Viki Maquair), Creative eCommerce Lions (R/GA qlobal kreativ direktoru Tiffani Rolf), Pharma Lions (FleishmanHillard-da Healthcare bölməsinin rəhbəri Ann de Şvayniç) olacaq.

Cannes Lions-un 2021-ci ildə 21-25 iyun tarixlərində keçirilməsi planlaşdırılır.

LIONS-un idarəedici direktoru Saymon Kuk deyib ki, jürinin bütün heyətinin üzvləri ümid edirlər ki, festival bu il oflayn keçiriləcək. Buna baxmayaraq təşkilatçılar regional səviyyədə sınaqdan keçirilmiş B planı hazırlayıb. Əgər konfrans oflayn baş tutmasa, bu halda tədbir onlayn keçiriləcək. Kuk əlavə edib ki, B planı da maksimum şəkildə adi festival fəaliyyətinə oxşardır.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün